M7 105 mm KMO — İkinci Dünya Müharibəsi zamanı Amerika Ordusu tərəfindən istifadə edilən özüyeriyən haubitsa sinifində olan zirehli döyüş maşını idi. Priest ləqəbini İngiltərədə xidmətdə olarkən almışdır. İngilislərin bu dövrdə istehsal etmiş olduğu özüyeriyən haubitsaların hamısına dinlə bağlı adlar verilmişdir. Bunlar Priest (azərb. Kahin), Bishop (azərb. Yepiskop), Sexton (azərb. Kilsə xadimi) və Abbot (azərb. Baş kahin). Asqı sistemi helezon yay əsaslı olub, əməliyyat mənzili 193 km, maksimum sürəti isə magistral yolda 40 km/s, off-road yolda isə 24 km/s təşkil etmişdir.
M7 Priest | |
---|---|
Tipi | özüyeriyən haubitsa sinifində olan zirehli döyüş maşını |
Ölkə | |
Xüsusiyyətləri | |
Ağırlığı | 22,97 ton |
Zireh | 51 mm |
Mühərrik | Continental R-975 C1 |
Mühərrik gücü | 400 və ya 340 a.g. (298 və ya 254 kW) |
Əsas silah | 105 mm M1/M2 haubitsa silahı (69 mərmilik) |
Köməkçi silah | 1 x .50cal M2 MG (300 mərmilik) |
Uzunluğu | 6,02 m |
Eni | 2,87 m |
Hündürlüyü | 2,95 m |
Ekipaj | 7 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
İkinci Dünya Müharibəsi zamanı cəbhə xəttində olan Amerika Ordusunun konstrukturları piyada hissələrini atəş gücü ilə təmin etmək üçün özüyeriyən silahlara ehtiyac olduğunu başa düşmüşdülər. Yarımtırtıllı maşınlardan alınan dərslər nəticəsində bu maşınların zirehlərlə dəstəklənərək daha ağır silahlarla təchiz oluna bilinəcəyi öyrənilmişdir. Nəticədə M3 Lee şassisi üzərində hazırlanmış olacaq bir döyüş maşını dizayn edilmiş və adı da T32 olaraq adlandırılmışdır.
M3 üzərində aparılan yeni işlər nəticəsində üstü açıq qülləli və 105 mm-lik haubitsa daşıyan yeni avtomobil əldə edilmişdir. Sınaqlar nəticəsində bir ədəd də pulemyot əlavə edilərək T32 adı verilən sınaq modelinin, 1942-ci ilin fevralında M7 adı ilə istifadəyə verilməsi təsdiqlənmişdir. Həmin ilin aprel ayından isə kütləvi istehsalına başlanılmışdır.
ABŞ-ın istehsal etmiş olduğu M7-lər sonradan Lend-liz müqaviləsinə müvafiq olaraq başqa ölkələrə də göndərilmişdir. 90 ədəd M7, Şimali Afrikadakı İngilis VIII Ordusunun xidmətinə göndərilmişdir. Bu maşınlar ilk dəfə olaraqII Əl Alameyn döyüşü zamanı istifadə edilmişdirlər.
Texnikanın ən mühüm problemi bu idi ki, onun silahı Britaniya standartlarına deyil, Amerika standartlarına müvafiq olaraq hazırlanmışdı. Bu da öz növbəsində texnikalarda sursat problemlərinə səbəb olurdu. Logistika cəhətdən davamlı olaraq sursat təmini mümkün olmurdu. Nəhayət, bu maşınlar 1944-cü ildə QF 25 pounder silahları ilə təchiz edilmiş olan Sexton modelləri ilə əvəz olunmuşdurlar. Bu müddət ərzində bu maşınlar Şimali Afrika Cəbhəsi, İtaliya Cəbhəsi və daha az miqdarda da olsa Normandiya çıxarması zamanı istifadə edilmişdirlər. Sexton maşınlarının gəlişi ilə M7W modelləri "Kanguru" adlı zirehli personal daşıyıcı maşınlara çevrilmişdirlər.
ABŞ ordusunun xidmətində M7 modelləri çox müvəffəqiyyətli olmuşdurlar. Hər bir Amerika zirehli diviziyasının tərkibində üç M7 taqımı mövcud olurdu.
İkinci dünya müharibəsi zamanı ümumilikdə 3490 ədəd M7 istehsal edilmişdir.
İstehsal edilən ilk M7-lər təkmilləşdirilmiş olan M3 Lee orta tanklarına əsaslanırdılar. Aşağı hündürlüyü mühafizə etmək məqsədi ilə haubitsanın qalxma bucağı 35°-yə qədər endirilmişdir. 1942-ci ilin may ayında cəmi 24 mərmi olan maşınların sursat daşıma qabiliyyəti əlavə yerlərin açılması hesabına 69 mərmiyə qədər dəyişdirilmişdir. Bu məqsədlə 7-si sol tərəfə, 5-i sağ tərəfə, qalanı isə döşəmənin altına olmaqla çoxlu kalanlar qoyulmuşdur. İngilis əllərində olan nəqliyyat vasitələrinə 24 döyüş sursatı əvəzinə radio ötürücülər yerləşdirmişdirlər.
Transmissiya dəyişiklikləri ilə M7B1 tamamilə M4A3 Sherman şassisi üzərində yenidən yaradılmışdır. 1943-cü ilin sentyabr ayından sonra isə standartlaşdırılmışdır.
Koreya Müharibəsi zamanı qeyri-kafi olan qalxma bucağı 65°-yə qədər qaldırılmışdır. Bundan əlavə, silahın yan atəş bucağı 360°-yə qədər artırılmışdır. Bunun ən mühüm səbəbi isə Koreyanın qeyri-bərabər torpaq strukturu idi. Bu səbəbdəndir ki, Şimali Koreya qüvvələri toplarını Seulun şimalındakı dağlar kimi yüksək yerlərə yerləşdirmişdirlər.
Kanada istehsalı olan zirehli transportyora çevrilən bu M7 modeli Böyük Britaniya və Birlik orduları tərəfindən əsasən Şimali Avropa torpaqlarında istifadə edilmişdir. Kenquru avtomobili 2 nəfərlik ekipajı ilə bərabər 20 piyadaya qədər əsgər də daşıya bilirdi. 1944-cü ilin oktyabr ayından 1945-ci ilin aprel ayına qədər 102 ədəd nəqliyyat vasitəsi dəyişdirilmişdir. “Kenquru” avtomobilləri digər qardaşları kimi uzunmüddət ərzində missiyalarda istifadə edilməmişdir. Buraya Ram tankına çevrilmiş olan modeli də daxildir.