M (film, 1931)

M — Şəhər qatili axtarır — 1931-ci il istehsalı olan alman psixoloji trilleridir. Orijinal adı M olan film, ingilis dilli ölkələrdə Fritz Lang's M, yaxud da Murderers Among Us adı ilə nümayiş etdirilmişdir. Filmin rejissoru Fritz Lang ssenarini həyat yoldaşı Thea von Harbou ilə müştərək yazmışdır. Filmin baş rol ifaçısı Peter Lorredir. Bu, Fritz Lanqın ilk səsli filmidir və özünün dediyi kimi, filmoqrafiyasında ən yaxşı filmdir. Filmdə Almaniyanın bir şəhərində polisin silsilə qətllər törədən uşaq qatilini tuta bilməməsi ilə narahat olan şəhərdəki digər cinayətkarların da axtarışa qoşulmasından və bundan sonra baş verən hadisələrdən bəhs edilir.

M
alm. M
Janr triller filmi[1][2], Nuar filmi[d], dram filmi
Əsas mövzu seriyalı qatil, ölüm cəzası
Bəstəkar
Distribütor Paramount Pictures, Netflix
İlk baxış tarixi 11 may 1931[3], 31 avqust 1931[4], 31 mart 1933[4], 1931
Müddət 117 dəq.
Ölkələr
Dil alman dili
Rəng ağ-qara[d]
Çəkiliş yeri Almaniya Federativ Respublikası, Berlin
IMDb ID0022100
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1931-ci ildə Almaniyanın Berlin şəhəri ardıcıl qətllər törədən pedofil uşaq qatilinin (Peter Lorre) hərəkətləri ilə sarsılır. Polisin qatili tuta bilməməsi ictimaiyyəti, eləcə də dilənçiləri, quldur dəstələrini və digər "normal" cinayətkarları narahat edirdi; çünki qeyri-adi dərəcədə artan polis təzyiqi onların da işinə mane olurdu. Mütəşəkkil cinayətkar təşkilatlar dilənçilərin köməyi ilə qatili təqib etməyə başlayırlar. Qatili tutmaq üçün polis və cinayət təşkilatları arasında yarış başlayır. Əvvəlcə qatilin üzü görünmür, yalnız kölgəsi və daim fitlə çaldığı bir melodiyası eşidilir. Qulaqları çox yaxşı eşidən kor bir şar satıcısının fiti müəyyən etməsi ilə insan ovuna start verilir. Kor şar satıcısının xəbər verdiyi başqa cinayətkarın izini itirməmək üçün öz əlinin içərisinə təbaşir ilə M hərfi (Alman dilində qatil sözünün baş hərfi) yazaraq qatilin geyindiyi paltosunun kürəyinə əli ilə basaraq onu nişanlaması ilə qatil sıxışdırılır və polisdən əvvəl cinayətkar təşkilat tərəfindən ələ keçirilir. Onu təşkilatın özünün yaratdığı qondarma məhkəmədə mühakimə etməyə başlayırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]