Mahmud İsmayıl

Mahmud Əliabbas oğlu İsmayılov (1 sentyabr 1920, Nuxa16 avqust 2002, Bakı) — tarix elmləri doktoru (1962), AMEA-nın müxbir üzvü (1983).[1][2]

Mahmud İsmayılov
Doğum tarixi 1 sentyabr 1920(1920-09-01)
Doğum yeri
Vəfat tarixi 16 avqust 2002(2002-08-16) (81 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru (1962)
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Şöhrət" ordeni

Mahmud İsmayılov 1 sentyabr 1920-ci ildə Şəki şəhərində anadan olub.[2] 1937-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilini Bakı Dövlət Universitetində alıb. O, 1941-ci ildə universitetin Tarix fakültəsini bitirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mahmud İsmayılov 1946-cı ildən AMEA-nın Tarix İnstitutunda işə başlayıb, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və Azərbaycanın yeni tarixi şöbəsinin müdiri vəzifələrində çalışıb.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib.[1]

Mahmud İsmayılovun elmi yaradıcılığının əsas istiqaməti XIX–XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun "Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda" (1957), "XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı" (1960), "XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm" (1964), "İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu" (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının dünya sivilizasiyasının getdiyi yolla həmahəng inkişaf etdiyi sübut olunur.[1]

Mahmud İsmayılov 3 cildlik "Azərbaycan tarixi"nin əsas müəlliflərindən biri, 7 cildlik "Azərbaycan tarixi"nin IV və V cildlərinin məsul redaktoru olub. Onun 1992-ci ildə çapdan çıxmış "Azərbaycan tarixi" əsəri dəfələrlə nəşr olunub.[1]

Mahmud İsmayılov Moskvada nəşr olunmuş "SSRİ-də tarix elminin tarixi" (1955), "Qafqaz xalqları" (1962) və b. əsərlərin yazılmasında yaxından iştirak edib. O, Ankara, Kayseri, Paris, Roma, Moskva və başqa şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib.[1]

Mahmud İsmayılovun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub.[1]

Mahmud İsmayılov 16 avqust 2002-ci il Bakıda vəfat edib.[1][2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Mahmud İsmayılov "1941–1945-ci illərdə Almaniya üzərində qələbəyə görə", "Qafqazın müdafiəsinə görə" medalları, "Şöhrət" ordeni və fəxri fərmanlarla təltif olunub.[1][3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "İsmayilov Mahmud Əliabbas oğlu" (Azərbaycan). science.gov.az. 20-09-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 "AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov" (Azərbaycan). www.medeniyyet.az. 2023-10-26 tarixində arxivləşdirilib.
  3. "M. Ə. İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti" (Azərbaycan). e-qanun.az.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]