Makarov adası

Makarov adasıNordenşeld arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir.

Makarov adası
rus. Остров Макарова
Ümumi məlumatlar
Hündür nöqtəsi 56 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
76°33′51″ şm. e. 94°06′29″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Makarov adası xəritədə
Makarov adası
Makarov adası

Nordenşeld arxipelaqınln ucqar qərb qurtaracağında yerləşir. Adanın qərb qutaracağında yerləşən Zapadnıy burnu yerləşir. Bu nöqtə həm də arxipelaqın ucqar qərb nöqtəsini təşkil edir. Ada Şivolski adaları qrupuna daxildir. Adalar qrupunun cənub-qərb qutaracağınl təşkil edir. Makarov adasından şimalda Kazak adası, Vasilev adasıLefokol adası yerləşir. Adadan bir necə kilometr aralıda Sadko bankəsi qərarlaşır. Makarov adası Rusiyanın materik hissəsindən 45 kilometr məsafəyə malikdir.

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Makarov adası sabit formaya malik deyildir. Sahillərində çoxlu sayda buxtalar və burunlar vardır. Ümumilikdə isə ada şərqdən qərbə 13 km məsafədə uzanır. Adanın maksimal eni 3,5 kilometrdir. Ada mərkəzi hissədə genişlənir. Cənubunda iki elə də böyük olmayan buxtaya sahibdir. Buxtaların dərinliyi 20 metrdir. Buxtaları: Myaçnaya buxtasıOktrıtaya buxtası.

Adanın böyük hissəsini üç hündürlük təşkil edir. Qərbində hündürlük 29 metr, şərqində 37 metr və mərkəzi hissədə isə 56 metr təşkil edir. Sahilə doğru təpələrdən dağılaraq tökülən daşlıqlar geniş ərazini əhatə edir. Ərazisindən kiçik axarlar axır. Yay ayları bu axarlar donur. Bu çayların heç birinin adı yoxdur. Axarların ətrafı, şərq və qərb sahilləri bataqlıqlaşmışdır.

Praktiki olaraq buzdan tamam azad olur. Ərazisində bitki örtüyünə rast gəlinir. Mamırşibyələrə rast gəlinir. Hətta sərt otkar belə bitir. İqlimi tundra tipina aiddir. Şərq hündürlüyündə geodeziya məntəqəsi yerləşir. Qərbində isə Astronomik məntəqə vardır. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]

Nordenşeld arxipelaqına daxil olan bir çox adalar kimi Makarov adası 1901-ci ildə arktika araşdırmaçısı Edvard Vasileviç Toll tərəfindən kəşf edilmiş və adlandırılmışdır. Zarya gəmisi ilə hərəkət edərkən adanı kəşf edən Toll onu rus dəniz qüvvələrinin vite-admiralı Stepan Osipoviç Nakarovun şərəfinə adlandırılmışdır. O ilk dəfə qəmiqayırma sahəsindı böyük təcrübəyə sahib olmuşdur. O, həm də arktika üçün yararlı olan dünyada ilk buzqıran olan Ermakın tikintisində rəhbər olmuşdur[2].

  1. "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  2. Arktikada adlar