Vasilev adası

Vasilev adasıNordenşeld arxipelaqına daxil olan ada. Ada Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.

Vasilev adası
rus. Остров Василев
Ümumi məlumatlar
Hündür nöqtəsi 35 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
76°37′24″ şm. e. 94°25′36″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Vasilev adası xəritədə
Vasilev adası
Vasilev adası

Kara dənizində, arxipelaqın qərbində qərarlaşır. Ada həmcinin Sivolki adaları qrupuna daxildir. Eyni adalar qrupununda qərb qutaracağını təşkil edir. Şimal-qərb hissəsi istisa olaraq dirər ərazilərdən adalarla əhatələnmişdir. Bir qədər şimalda Tesnı boğazında Şuls adası, şərqində Savvı Loşki adası, şimal-şərqində Ledokol adası, cənubunfa Makarov adası, qərbində isə Kazak adası yerləşir. Şimal qutaracağında Krutoy burnu yerləşir. Elə buradaca olduqca kiçik bir sda qərarlaşır (Qryad adası). Şimal-qərb sahillərinə yaxın Tesnaya bankəsi yerləşir. Bir necə kilometr cənub-şərqdə Toros rifi qərarlaşır. Rusiyanın materik sahili ilə arasında məsafə 50 kilometrdir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ada qeyri müəyyən formaya malikdir. Şimal-qərbdən cənub-şərqə uzanlr. Qərbində adanın eni genişlənir. Qərb hissəsində Lokasion burnu yerləşir. Bəzilərinin fikirinə görə ada 6 km uzunluğa və 1-3,8 km enə malikdir. Adanın ərazisinin böyük hidsəsini alçaq təpələr dəşkil edir. Qataların hündürlüyü 30 metrə çatır. Ən hündür nöqtəsi 35 metr olaraq adanın qərbində yerləşir. Adanın sahil hissələri daşlarla əhatələnmişdir. Şərq qutaracağı isə bataqlaşmışdır.

Nadir Tundra bitkilərindən mamır, şibyə və qısa boylu ot bitkilərinə rast gəlinir. Zirvənin üzərində geodeziya məntəqəsi vardır. Ətraf əraziləri qısa yay ərzində buzdan azad olur. Sərt iqlimə sahibdir. Arktik Tundra iqlimi hakimdir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]. Qış ayları adalar arasında olan boğazların donması ilə məməlilər asanlıqla hərəkətinə imkan yaranır. Yay ayları qısa müddət ərzində buzdan azad olan bölgələrdə qərəkət edən buzlaqları görmək olur.

Ada ilk dəfə arxipelaqa daxil olan digər adalar kimi 1901-ci ildə Rusiya Qütb ekspedisiyası zamanı Zarya gəmisində Eduard Toll tərəfindən kəşf edilmişdir. O adanı 18991903-cü illərdə Ermak buzqıran gəmisinin II ranq kapitanı olmuş Mixail Petroviç Vasilevin şərəfinə adlandırmışdır[2].

  1. "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  2. Arktidada adlar