Makroiqtisadi populizm

Sebastian Eduards

Makroiqtisadi populizm — ilk dəfə 1990-cı ildə Rudi DornbuşSebastian Eduards tərəfindən hazırlanmış yazılı məruzədə işlədilən termin.[1] Bu termin, bir çox Latın Amerikası hökumətləri tərəfindən yeridilən siyasətlərə istinad edir. Bu siyasətlərin xarakterik cəhəti dövlət xərcləri və real əmək haqqının qeyri-davamlı şəkildə artaraq inflyasiyaya, ardınca staqflyasiyaya və ən sonda isə real əmək haqqının, hətta populist dövr başlamazdan əvvəl olduğundan da daha aşağı səviyyədə olduğu iqtisadi böhrana səbəb olmasıdır. Bu yazılı məruzə, Salvador Alyendenin rəhbərlik etdiyi ÇiliniAlan Qarsiyanın Perudakı ilk hakimiyyət dövrünü nümunə kimi göstərir. 1991-ci ildə Dornbuş və Eduards "Latın Amerikasında populizmin makoiqtisadiyyatı" adında kitab nəşr etdilər. Bu kitabda bir neçə fərqli ölkədəki vəziyyət, o cümlədən 1973-1976-cı illərin Argentinası, 1970-1982-ci illərin Meksikası və ümumi Braziliya təhlil edilir.[2]

2014-cü ildə Pol Kruqman, Kristina Fernandez de Kirşnerin rəhbərlik etdiyi Argentinanın yeritdiyi siyasətləri və Venesuelanı makroiqtisadi populizmin yeni halları kimi qeyd edirdi.[3][4] 2014-cü ildə o, mühazirə zamanı Argentinaya tərəf olan hücumları düzgün qarşılamadığını demiş və həmçinin bunların ona "müəyyən qədər büdcə-vergi (fiskal) siyasətipul-kredit (monetar) siyasətindən kənar qalmış" kimi göründüyü də qeyd etmişdir.

Yazılı məruzənin orijinal halında makroiqtisadi populizmin tərifi belə verilmişdir: "Makroiqtisadi populizm, artım və gəlir bölgüsünün əhəmiyyətini vurğulayarkən, inflyasiya və maliyyə kəsrlərinin yaranması risklərinə, xarici məhdudiyyətlərə və iqtisadi təmsilçilərin istilaçı bazarxarici siyasətlərə reaksiyalarına əhəmiyyət verməyən iqtisadiyyata doğru yanaşmadır".

Populsitin dövr, ümumilikdə, sabitləşdirmə proqramından sonra başlayır. İqtisadiyyat boş tutuma sahibdir, belə ki, büdcə və xarici tarazlıqda genişləndirici siyasət üçün müəyyən boşluqlar qalmışdır.

1. I mərhələyə dövlət xərclərində, real əmək haqqı və insanların işə sahib olmasındakı artım aiddir. Ümumi daxili məhsul artır və inflyasiya üzərindəki təsir zəif olur. Çatışmazlıqlar idxal nəticəsində azaldılır. Ehtiyatlarda və borcun ödənilməməsi halarında azalma müşahidə olunur.

2. II mərhələ üçün, maaşların yüksək tutulmasına baxmayaraq inflyasiyada artım xarakterikdir. Bu, daha sonra qiymət və mübadilə üzərindəki nəzarətlərin artması ilə nəticələnir. Subsidiyalar nəticəsində büdcə kəsrləri böyük ölçüdə artır. İqtisadiyyat staqflasiya mərhələsinə keçid edir.

3. III mərhələ çatışmazlıqlarla, son dərəcə sürətli inflyasiya (hətta hiperinflyasiya da mümkündür) və kapital axını ilə xarakterizə olunur. Yüksək inflyasiya ilə birlikdə vergi gəlirlərinin azalması büdcədəki kəsrin artmasına ilə nəticələnir. Subsidiyaları azaltmaqla sabitləşdirmə cəhdi və devalvasiya real əmək haqlarında azalmaya səbəb olur. Məruzədə qeyd olunduğu kimi: "Siyasət qeyri-sabit olur. Hökumətin itkilərlə üzləşməsi isə indi daha aydındır".

4. IV mərhələdə yeni hökumət iqtisadiyyatı sabitləşdirmək üçün əksər insanlar tərəfindən doğru qəbul edilən siyasətlər həyata keçirir. İqtisadiyyat sabitləşdikdə isə real əmək haqları, hətta I mərhələ başlamazdan əvvəlki vəziyyətdən daha aşağı olacaqdır.

Əlavə oxu üçün

[redaktə | mənbəni redaktə et]
  1. Rudi Dornbuş və Sebastian Eduards. Macroeconomic Populism (Makroiqtisadi populizm). Journal of Development Economics. 1992. 412.
  2. Rudi Dornbuş və Sebastian Eduards. The Macroeconomics of Populism in Latin America (Latın Amerikasında populizmin makroiqtisadiyyatı). 32 (2). University of Chicago Press. 1990. səh. 247-277.
  3. Pol Kruqman. "Macroeconomic populism returns (Makroiqtisadi populizm qayıdır)" (ing. ). nytimes.com. 1 fevral 2014. 2020-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2020.
  4. Pol Kruqman. "The Macroeconomics of reality - TV populism (Həqiqətin makroiqtisadiyyatı - TV populizmi)" (ing. ). nytimes.com. 29 yanvar 2017. 1 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2020.