Bu məqaləni vikiləşdirmək lazımdır. |
Maks Şeler (22 avqust 1874[1][2][…], Münxen[3] – 19 may 1928[3][1][…], Frankfurt-Mayn[3]) — alman filosofu, fəlsəfi antropologiyanın banilərindən biri.
Maks Şeler | |
---|---|
alm. Max Scheler | |
Doğum tarixi | 22 avqust 1874[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 may 1928[3][1][…] (53 yaşında) |
Vəfat yeri |
|
Əsas maraqları | fenomenologiya |
Təsirlənib | Edmund Husserl |
Vikianbarda əlaqəli mediafayllar |
Maks Şeler insanın mahiyyətini izah edən təlimləri beş növə ayırmışdır: 1) Avropa-xristian doktrinası; 2) antik yunan; 3) naturalist; 4) dekadans nəzəriyyəsi; 5) fövqəlinsan konsepsiyası[4].
Maks (Ferdinand) Şeler Almaniyada Münhen şəhərində ortodoks yəhudi (atası Protestantlığı qəbul etmiş yəhudi) ailəsində anadan olmuşdur . 1894-cü ildə Münhendə Universitet dərsləri başladı lakin 1895-ci ildə təhsilini Berlində davam etdirdi . hərçənd ki , O Tibb təhsili almaq üçün Berlin Universitetinə müraciət etmişdir və İlk növbədə fəlsəfə və sosialogiyanı öyrənir , ən çox V. Diltey , G. Zimmelin mühazirələrini dinləmişdir. O, Yena Universitetində 1897-ci ildə doktorluq dərəcəsi aldı və 1899-cu ildə isə professor oldu. Şeler 1901-ci ildə Husserl ilə bir yığıncaqda görüşür və 1 ildən sonra Husserl in "Məntiqi Tədqiqatlar " əsərini oxuyur . Bu əsərin təsiri ilə Şeler ömrünün qalan hissəsini Fenomenologiyanın inkişafına həsr etmişdir. Şeler 2 cilddə "Etikada Formalizm və Maddi Dəyər Etikası" (1913–16) əsərini yazmışdır. Həmin əsərdə Şeler qeyd edirdi ki , dəyərlərin (bu anlayışı fəlsəfəyə Lotze gətirmişdir) Öz mövcüdluğu vardır. Dəyərləri qavraya bilərik , amma ağılla deyil, Duyğularla. Dəyərlərin mahiyyəti dəyişməzdir. (dəyişə bilən şey bizim biliyimiz və onlarla əlaqəmizdir). Dəyərlər bir iyeyarxiya (pillə) formalaşdırır. Ən aşağı pillədə hissi olaraq həzz verən dəyərlər vardır . Bunun üst pilləsində həyati duyğunun , əsaslı və əsassız (adi) dəyərləri vardır. Daha sonrakı pillədə mənəvi dəyərlər vardır: Bilik, həqiqət gözəl , hüquq. Ən yüksək pillədə isə dini dəyərlər, müqəddəs dəyərlər vardır. Şelerin aksiologiyaya (dəyərlər haqqında təlim) dair yazdığı əsərlərdə Personalizmin nümayəndəsi kimi çıxış edirdi.
O həmçinin dərindən Fransız Fəlsəfəsini öyrənirdi və əsas məqsədi Henri Berqsonun fəlsəfəsini Alman ictimai mühitinə təqdim etmək idi .
Dünya müharibəsində başlayanda istəkli vətənpərvər olmuş və Cenevre də müvəqqəti olaraq Diplomat vəzifəsində işləmişdir. Müharibənin son illərində tökülən qanlar , müharibə əleyhdarı olmasına və Protestantlığı katolikliyə dəyişdirməsinə səbəb olmuşdur . Bu daxili dəyişim , "İnsandakı sonsuzluq" (1921) əsərində öz təsirini göstərmişdir. Köln də yaşadığı dövrdə sosiologiya ilə məşğul olmuş və burada " Biliyin formaları və cəmiyyət" (1924) adlı əsərini yazmışdır. Ömrün son illərində Xristian inancından uzaqlaşmış , panteizmə meyil etmiş , təbiət elmlərinin problemlər ilə maraqlanmışdır. Bu meyllər özünün kiçik amma əsas əsərlərindən biri olan " İnsanın kosmosdakı mövqeyi" (1928) adlı əsərində göstərmişdir . Bu əsərdə Şeler Özünün Fəlsəfəsi Antropologiyasının əsaslarını işləyib hazırlamışdır.
Şelerin yaradıcılığında Fəlsəfi antropologiyanın vəzifəsi; dil, vicdan, vasitə, silah, haqq və haqsızlıq ideyası, dövlət və idarə etmə sənəti, sənətlərin funksiyaları, din, mif, tarixilik və birlik həyatı kimi insana xas olan uğurların və insanın yaratdığı əsərlərin, onun varlıq strukturundan necə çıxdığını tam olaraq göstərməkdədir.