Mark Avreli Valeri Maksimian Herkuli (lat.Marcus Aurelius Valerius Maximianus Herculius), Roma tarixşünaslığında daha çox Maksimian Herkuli (240[1] və ya 250, Sirmiya – iyul310, Marsel) — 285–305-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, 306–308 və 310-cu illərdə qəsbkar.
İlliriyalı bir kəndlinin oğlu olmuş, hərbi xidmətə getmişdir. Diokletian 285-ci ildə Maksimianı sezar elan etmiş, 286-cı ilin avqustunda isə Roma imperiyasının qərbinə komandanlığını ona təhvil vermiş, onu həmimperator elan etmişdir. Maksimian 285-ci ildə Qalliyadabaqaudların üsyanını yatırtmış, Reyndəgerman tayfalarının hücumunu dəf etmişdir. 293-cü ildə Diokletian öz hakimiyyətini möhkəmləndirmək üçün tetraxiya tətbiq etmiş, Maksimian isə öz ögey qızı ilə evlənən I Konstansini seçmiş, Qalliya və Britaniya üzərində nəzarəti ona vermişdir. Maksimian Afrikadakımavr tayfalarının üsyanlarını yatırtmış, Diokletianla birlikdə Reyn və Dunayda germanlara qarşı uğurla vuruşmuşdur. Maksimian Diokletian tərəfindən başladılan xristianlara qarşı təqibləri dəstəkləmişdir. Onun əsas qurbanları orduda xidmət edən və qurban verməkdən imtina etdikləri üçün nizam-intizamı pozduğu hesab edilən xristianlar idi. 305-ci ildə taxtdan əl çəkmişdir.[4]
Clarke, G. Third-Century Christianity // The Cambridge Ancient History, Volume XII: The Crisis of Empire, edited by Alan Bowman, Averil Cameron, and Peter Garnsey, 589–671. N. Y.: Cambridge University Press. 2005.
Corcoran, S. Before Constantine // The Cambridge Companion to the Age of Constantine. N. Y.: Cambridge University Press. 2006.
Lenski, N. The Reign of Constantine // The Cambridge Companion to the Age of Constantine. N. Y.: Cambridge University Press. 2006.