Maku xanlığı (kitab)

Tanınmış jurnalist-yazıçı Ənvər Çingizoğlunun “Maku xanlığı“ adlı monoqrafik kitabı bu günlərdə nəşr olunub[1].

Maku xanlığı
Müəlliflər Ənvər Çingizoğlu
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2019
Nəşriyyat Mütərcim
Səhifə 168
ISBN 978-9952-28-463-8

Kitabın mövzusu[redaktə | mənbəni redaktə et]

Kitab XVIII əsr Maku xanlığının ictimai-siyasi və sosial-iqtisadi hadisələri, onun təşəkkül tarixindən bəhs edir.

Əsərdə Nadir şah Qirxlı-Avşarın (1688-1747) ölümündən sonra güclənən xanlıq yaranma prosesində meydana gələn Maku xanlığının Azərbaycanın xanlıqlar sistemində özünəməxsus yer tutduğu göstərilir. XVIII yüzilliyin ikinci yarısında yaranmış Maku xanlığı İrəvan, Xoy, Naxçıvan xanlıqları arasında fasiləsiz mübarizə obyektinə çevrilib. Maku xanlığı 1922-ci ildən etibarən özünün siyasi müstəqilliyini itirərək Qacarların hakimiyyəti altına düşüb və İranın ucqar əyalətlərindən biri olub. 168 səhifədən ibarət kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədlidir. Kitabın rəyçiləri, tarix üzrə fəlsəfə doktorları Mahal Qacar və Güntəkin Nəcəflidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.