Malay qavialı

Malay qavialı (lat. Tomistoma schlegelii) — sürünənlər sinfinə, timsahlar dəstəsinə daxil olan Tomistoma cinsinin yeganə nümayəndəsi. Tomistoma adı yunan dilindən gəlir. τόμος — iti və στόμα — ağız; növün adının ikinci hissəsi isə schlegelii sözüdürki, bu da hollandiyalı zooloq Herman Şlegelin (1804–1884) şərəfinə verilir. Təsnifatçılar Tomistoma cinsinin və Tomistominae yarımfəsiləsinin hansı fəsiləyə mənsub olduqlarına qərar verə bilmirdilər. Belə ki, morfoloji quruluşlar əsasında Əsl timsahlara[3], molekulyar və genetik metodlar əsasında isə qaviallara aid edilir.

Malay qavialı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arealı və yaşayış yerləri

[redaktə | mənbəni redaktə et]

İndoneziyada (Sumatra, Kalimantan, Yava adalarında, ehtimal ki, Sulavesidə), Malayziyada (Malay yarımadası, Kalimantan) və Vyetnamda (bəlkə də nəsli kəsilmişdir) yayılmışdır. Taylandda 1970-ci ildən bəri nəsli kəsilmiş olaraq sayılır. Malay qavialının populyasiyaları olduqca azdır. Şirin su göllərində, lal axan çaylarda və bataqlıq ərazilərdə yaşayır. Həyatlarını çox vaxt qaranlıqlar arasında və ya üzən bitki örtüyündən ibarəyt olan adalarında keçirir.

Malay qavialı əsl timsahlara bənzəsə də, uzun və ensiz burunlarına görə qaviallara aid edilir. Rəngi tünd qəhvəyi olsa da, bədənində və quyruğunda qara zolaqlar var. Yaşla demək olar ki, rəngi dəyişmir. Erkəklər dişilərdən daha böyükdür. Maksimum uzunluğu 6 m-dən çoxdur, lakin bizim dövrümüzdə çox az erkəyin uzunluğu 5 metrə çatır. Uzanan ağız qida ixtisaslaşmasının bir nəticəsidir: Malay qavialının əsas qidası yumşaq bədənli, daha çox hərəkətli heyvanlardır.

Keçmişdə Malay qavialının əsas yeməklərinin qavillarda olduğu kimi əsasən balıq və digər kiçik onurğalılardan ibarət olduğu düşünülürdü. Ancaq məlum olduğu kimi, dar burunları olmasına baxmayaraq, Malay qavialının geniş bir yemək çeşidi var və balıq heç bir halda pəhrizinin ən vacib komponenti deyil. 14-dən çox fərdin üzərində aparılan bir araşdırmaya əsasən meymunların, vəhşi donuzların və ilanların, xüsusilə pitonların bu yırtıcılar tərəfindən ən çox yeyilən heyvanlar olduğu təsbit edilir. Malay qavialının mədələrində rast gəlinən digər yırtıcı növlərə samur, maral, krevet, balıq, quş, varan və hətta tısbağalar daxildir[4]. Şərqi Kalimantanda bir inəyə edilən hücumun sübutları var[5]. Burada xalq arasında bir pələnglə mübarizə aparan qavialın lətifəsinə görə hər iki heyvanın ölür.

Bu timsah dar çənələri olmasına baxmayaraq geniş bir pəhrizə sahib olan və geniş çənələrə sahib olmadan daha çox böyük yırtıcılara hücum edən Orinokoitiburunlu timsahların ekoloji ekvivalenti kimi qəbul edilə bilər[6].

İnsanlara hücumlar

[redaktə | mənbəni redaktə et]

Malay qavialı ənənəvi olaraq dar burnuna görə insanlar üçün təhlükəli bir növ sayılmırdı. Ancaq bu təəssürat aldadıcıdır, çünki böyük bir piton, çöl donuzu və ya maralın öhdəsindən gələ bildiyindən, o bir insanı parçalamaq üçün kifayət qədər güclüdür. 2008-ci ilin sonunda 4 metrlik dişi timsah, Kalimantanın mərkəzindəki bir balıqçıya hücum edir. Bu hadisə növün insana edilən ilk təsdiqlənmiş hücum olur[7]. Bundan əlavə 2012-ci ildə Malay qavialının insanlara istiqamətli ən azı iki ölümcül hücumu haqqında məlumat yayılır. Bu onların yaşayış yerlərinin məhv olması və təbii ovlarının sayının azalması ilə əlaqəli ola bilməsi ehtimal olunur[8].

Dişilər cinsi yetkinliyə 2,5–3 m uzunluğa olduqda çatır. Yumurta qoymaq üçün hündürlüyü 60 sm-ə qədər olan quru yarpaqdan və ya torfdan yuvalar qururlar. Adətən diametri 10 sm olan 20–60 yumurta qoyurlar. İnkubasiya 90 gün davam edir. Dişinin yuvanı və ya balalarını qoruduğuna dair heç bir dəlil yoxdur. Yuvalar əsasən vəhşi donuzlar və sürünənlər tərəfindən məhv edilir. Bir çox digər timsah növlərindən fərqli olaraq Malay qavialı nəslinə baxmır.

Populyasiyanın vəziyyəti və qorunması

[redaktə | mənbəni redaktə et]

Nadir növdür. Malay qavialı insanların əkinçilik sahələrini genişləndirmələrindən əziyyət çəkirlər. Bir çox heyvan balıq torlarında düşərək ölür. Avropada və ABŞ-də bu növün qapalı vəziyyətdə yetişdirilməsi üçün proqramlar var, lakin Malaziya və İndoneziyada bu istiqamətdə işlər aparılsa da, bu növün populyasiyasının bərpası üçün təsirli tədbirlər görülmür. Populyasiyasının təqribən 2500 baş olduğu təxmin edilir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. "Tomistoma schlegelii". The IUCN Red List of Threatened Species (ingilis). (Yoxlanılıb 27 iyun 2018).
  4. "Selvaraj 2013 Tomistoma". www.academia.edu. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
  5. Bezuijen M. R., Shwedick B. M., Sommerlad R., Stevenson C., & Stuebing R. B. (2010). Tomistoma Tomistoma schlegelii. Crocodile: Status Survey and Conservation Action Plan. Darwin: Crocodile Specialist Group 133–138.
  6. Piras P., Colangelo P., Adams D. C., Buscalioni A., Cubo J., Kotsakis T., & Raia P. (2010). The Gavialis-Tomistoma debate: the contribution of skull ontogenetic allometry and growth trajectories to the study of crocodylian relationships. Evolution & development 12(6): 568–579.
  7. Rachmawan D., Brend S. Human-Tomistoma interactions in central Kalimantan, Indonesian Borneo Arxivləşdirilib 2016-03-26 at the Wayback Machine // Crocodile Specialist Group Newsletter. — January — March 2009 (vol. 28 no. 1). — P. 9–11.
  8. Sideleau B., & Britton A. R. C. (2012). A preliminary analysis of worldwide crocodilian attacks. In Crocodiles Proceedings of the 21st Working Meeting of the IUCN-SSC Crocodile Specialist Group. Gland, Switzerland: IUCN (pp. 111–114).