Mamoru Şiqemitsu (yap. 重光 葵; 29 iyul 1887[2][3][…] – 26 yanvar 1957[2][3][…]) — yapon diplomatı, xariçi işlər naziri, Yaponiyanın Birləşmiş Millətlər Təşkilatındakı ilk nümayəndəsi.
Mamoru Şiqemitsu | |
---|---|
yap. 重光 葵 | |
Yaponiyanın xariçi işlər naziri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Oita prefekturasının Ono qəzası, Mie qəsəbəsi |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Kanaqava prefekturası |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Elmi fəaliyyəti | |
Elm sahəsi | diplomatiya[1], siyasət[1] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Şiqemitsu Oita prefekturasının Ono qəzası, Mie qəsəbəsində anadan olmuşdur. Tokio Universitetində[4] hüquq fakultəsində təhsil almışdır. Bir müddət sonra isə XİN-də işə qəbul olunmuşdur. 1919-cu ildə Paris Sülh Konfransında yapon nümayəndə heyətinin tərkibində iştirak etmişdir. Almaniyada səfir, Portlandda isə konsul işləmişdir.
Çində diplomatik xidmətlərini (1931—1932) yerinə yetirərkən bir koreyalı tərəfindən hücuma məruz qalır və ayağını itirir.
1933-1936 illərdə Xariçi İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. Siyasətçilərə Çinə qarşı sərt olmağı əmr etmişdir.
1936-ci ildə Moskvada səfir qismində işləmişdir. 28 dekabr 1936 - 29 dekabr 1937 illəri əhatə etmiş balıqçılıqla bağlı anlaşmanın imzalanmasında iştirak etmişdir.
10 iyul 1938 ildə SSRİ-də olan Yaponiya[5] səfiri olaraq bu ölkənin bütün mübahisəli tirpaqlardan çıxmasını tələb etmişdir. SSRİ rəhbərliyi isə ona 1886-cı il Xunçun anlaşmasını göstərərək ərazinin onlara mənsubluğunu bildirmişdir. 20 iyul 1938 ildə SSRİ hökumətinə Yaponiyanın ikinci notasını təqdim etmişdir.
29 iyulda Xasan göl döyüşü başlayır. Döyüş 11 avqust tarixində döyüş bitmişdir. 10 avustda başlanan sülh danışığında iştiraak etmişdir[6].
1938—1941 illərdə Böyük Britaniyada səfir kimi fəaliyyət göstərir. Sonradan geri çağrılır. Geri qayıdarkən iki həftə ərzində ABŞ ərazisində olur və burada səfir Kitisaburo Nomura ilə konsultasiya edir.
Yaponiyanın Amerika ərazisinə hücumundan oyuncaq nankin hökumətinə səfir təyin edilmişdir.
20 aprel 1943 il tarixində baş nazir Hideki Todzio Mamoru Şiqemitsunu və Masayuki Tanini xariçi işlər naziri təyin edilirlər. Onun Almaniya və SSRİ arasında sülh danışıqları aparmaq cədhi bir nəticə verməmişdir.
Yaponiyanın danışıqsız təslim olma sənədinə 2 sentyabr 1945 ildə Missuri linkorunda yapon hökuməti adından qol çəkmişdir.
Beynəlxalq hərbi tribulala verilir. Hərbi cinayətkar olması bildirilərək 12 noyabr 1948 ildə 7 illik həbsxanaya cəzası verilir. 4 il 7 ay həbsxanada qaldıqdan sonra 1950-ci azadlığa buraxılmışdır.
1952-ci ildən partiya üzvlüyünə qəbul olunur. Demokratik partiyanın məsul şəxsi olur.
İtiro Hatoyamanın hökumətində xariçi işlər naziri işləmişdir. SSRİ ilə sülh danışıqları aparmaq cəhdi Kuril adaları səbəbindən iflasa uğramışdır. Bu danışıqların uğursuzluqla bitməsibdə ABŞ hökumətininddə az rolu olmamışdır. Dövlət katibi Con Foster Yaponiya hökumətinə aşka şəkildə bəyan etmişdir ki, əgər onlar Kuril adalarının SSRİ dövlətinə verilməsinə razı olsalar o zaman ABŞ Ryukyu adalarını (o cümlədən Okinava adasını) öz ərazisi elan edəcək.
1955 ildə ABŞ ərazisində olarkən iki ölkə arasında təhlükəsizlik haqqında anlaşmanı imzalamışdır. Mamoru Siqemitsu Yaponiyanın Birləşmiş Millətlər Təşkilatındakı ilk nümayəndəsi (18 dekabr 1956) olmuşdur.
23 dekabrda formalaşan hökumətdə onu Nobusuke Kisi əvəzləmişdir.
Mamoru Şiqemitsu 26 yanvar 1957 ildə 69 yaşında ürək çatışmamazlığından vəfat etmişdir.