Maqan padşahlığı və ya Makkan[1] — e.ə. 2300-cü ilə aid Şumer mixi yazılarında Mesopotamiya üçün mis və diorit mənbəyi kimi adı keçən qədim region. Sonrakı dövrdə mis qədim Kiprdən gətirilmişdir.
Tarixi dövlət | |
Maqan padşahlığı | |
---|---|
|
Maqan hələ Urda kuti padşahlarının hakimiyyəti dövründən əvvəl Ur ilə ticarət edirdi. E.ə. 2100-cü ildə onların devrilməsindən sonra Ur-Nammu yolları bərpa edilmiş və iki dövlət arasında ticarət yenidən başlamışdır.[2]
Maqanın dəqiq yeri məlum deyil, lakin arxeoloji və geoloji məlumatlar Maqanın indiki Oman ərazisində yerləşdiyini göstərir.[3] Tarixçilərin azlığı regionu Yəmənin ərazisində yerləşmiş Məin dövləti ilə əlaqələndirir,[4] digərləri isə Nubiyada (Sudan) və ya Misirdə yerləşdirirlər.