Maqsud Nəcəfov

Maqsud Ağaqulu oğlu Nəcəfov (25 oktyabr 1948; Ağdü, Zəngəzur, Ermənistan SSR – 22 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı (1998–2019), riyaziyyat üzrə elmlər doktoru, professor.

Maqsud Nəcəfov
Doğum tarixi 25 oktyabr 1948(1948-10-25)
Doğum yeri
Vəfat tarixi 22 aprel 2021(2021-04-22) (73 yaşında)
Elm sahəsi Fizika-riyaziyyat
Elmi dərəcəsi Professor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
"Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Maqsud Nəcəvfov 91-lər siyahısına daxil olan ziyalılardan biri olmuş,[1] həmçinin 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir.[2]

Maqsud Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdü kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş,1971-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirmişdir.

22 aprel 2021-ci ildə vəfat etmişdir.[3]

Ailəli idi. 3 övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1975-ci ildən Ümumi riyaziyyat kafedrasında, 1986-cı ildən Cəbr və ədədlər nəzəriyyəsi kafedrasında laborant, baş laborant kimi fəaliyyət göstərib.

1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdir.

1989-cu ildən Həndəsə kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1998–2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı işləmişdir.

2012-ci ildə "Silindirik və konik örtüklərin aeroelastik rəqslər və dayanıqlığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

"Maksimum və minimum məsələləri" (1999), "Analitik həndəsədən mühazirələr" (2013), "Ekstremum məsələləri" (2016), "Diferensial həndəsədən mühazirələr" (2016) dərs vəsaitlərinin və 70-dən çox elmi-metodik məqalənin müəllifidir. Cəbr və həndəsə kafedrasında Analitik həndəsə, Həndəsə əsasları, Diferensial həndəsə fənlərini tədris etmişdir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Maqsud Nəcəfov 91-lər siyahısına daxil olan ziyalılardan biri və Heydər Əliyevin hüquqlarının müdafiə komitəsinin üzvü olmuşdur.

1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmiş, Yerli Sosial və Ekologiya Məsələləri Daimi Komissiyasının sədri olmuşdur.[2]

2021-ci ildə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasına üzv seçilmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Təhsilin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəcamı ilə Tərəqqi medalı (2007) və Əməkdar müəllim fəxri adı ilə (2012) təltif olunub.
  • 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
  1. ""91-lər"". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-13.
  2. 1 2 "Bələdiyyə üzvləri". 2018-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-13.
  3. "Professor Maqsud Nəcəfov vəfat etdi". yenicag.az (az.). “Yeni Çağ” Media Qrupu. 22.04.2021. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]