March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion?, azərb. Mart şiri) — Çika Uminonun yaratdığı manqa.[1][2] Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur.[3] 2009-cu ildə Manqa Tayşö[4] mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı[5]. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu.[6] Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb[7], ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq.[8]
March Comes in like a Lion | |
Manqanın ilk başlığının üzlüyü | |
3月のライオン (Sangatsu no Rayon) | |
---|---|
Janr | Spokon, romantik, komediya, dram |
Manqa | |
Manqaka | Çika Umino |
Nəşriyyat | Hakusensha |
Jurnal | Young Animal |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 13 iyul 2007 – bu günə kimi |
Cildlər | 17 |
Anime | |
Rejissor | Akiyuki Şinbo |
Studiya | Shaft |
Kanal | NHK |
Buraxılış tarixi | 8 oktyabr 2016 – 18 mart 2017 |
Seriyalar | 22 |
Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零?) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir. Rey Tokoida tək yaşayır və demək olar ki, heç kim ilə danışmır və dostu yoxdur.