Marianna

Marianna (fr. Marianne) — Fransanın milli simvolu və həmçinin 1792-ci ildən Fransanın ləqəbidir.

Başında frigiya papağı olan cavan qadın kimi təsvir edilir. Marianna Fransanın devizi sayılan "Azadlıq, Bərabərlik, Qardaşlıq"ın təcəssümü sayılır. Onun profili Fransanın dövlət möhürünə yerləşdirilməklə yanaşı, Fransa poçt markalarında da təsvir olunmağa başlamışdır. Avronun tətbiq edilməsinə qədər onun təsvirini müvafiq olaraq santim və frank qəpiklərinin üzərində görmək olardı.

Ejen Delakrua, "Xalqı istiqamətləndirən Azadlıq", 1830-cu il

1792-ci ildə Fransanın Milli Məclisi dövlətin yeni möhürü kimi əlində nizə tutaraq başına friqiya papağı geyinmiş qadın təsvirinin olması qərarını qəbul etdi. Bu baş geyimi Roma imperiyası dövründən məlumdur. Belə ki, bu baş geyimini azad olmuş qullar geyinirdilər. O vaxtdan friqiya papağı azadlığın simvoluna çevrilmişdir. Beləliklə, friqiya papaqlı Marianna azad Fransanın simvoluna çevrildi. Çoxlu fransız rəssamları və heykəltəraşları onu öz əsərlərində təsvur etmişdilər. Belə məşhur əsərlərdən biri 1830-cu il inqilabının təsiri altında çəkilən Ejen Delakruanın "Xalqı istiqamətləndirən Azadlıq" (digər adı "Barrikadalar üzərində azadlıq") rəsmidir.

1848-ci ildə Fransanın daxili işlər nazirliyi Fransanın ən yaxşı simvolu üçün müsabiqə elan elədi. Bu müsabiqədə 2 rəsm: "Mübarizə aparan Marianna" və "Müdrik Marianna" qalib gəlir. 1849-cu ildən Mariannanın təsviri olan poçt markaları buraxılmağa başlandı. İkinci İmperiya dövründə Mariannanın təsviri qadağan olunmuşdur.

Mariannanın heykəl təsviri

Təqribən 1875-ci ildən başlayaraq, Mariannanın təsviri rəsmi müəssisələrdə: departament, bələdiyyələr, məhkəmələrdə yayılmağa başladı.

İlk əvvəl bu ümumi obrazı olan büst olsa da, 1970-ci ildən yeni ənənənin başlanğıcı qoyulmuşdur. Fransa şəhərlərinin merlərindən ibarət Komitəsi tərəfindən ölkənin ən məşhur gözəl qadınlarından biri Mariannanın prototipi kimi seçilməyə başladı: