Marina Radiş

Marina Radiş (rum. Marina Radiș 2 fevral 1982, Çadır-Lunqa, Qaqauziya) — Moldovalı müğənnisi (soprano). İlk fəaliyyətinə aktrisa kimi başlayır. 11 yaşında, Çadır-Lunqda Qaqauz xalq mahnı müsabiqəsində qalib gəlir. 18 yaşında hər il keçirilən "Qaqauz Sesi" mahnı müsabiqəsində Qran Pri mükafatına layiq görülür. Dəfələrlə Kişinyovda "Viktoriya" vətənpərvərlik mahnı müsabiqəsinin laureatı olur[1]. 2000-ci ildə orta ixtisas musiqi təhsili olmamasına baxmayaraq, Kişinyovdakı Musiqi, Teatr və Təsviri Sənətlər Akademiyasının akademik vokal şöbəsinə (İ. Kvasyuva sinfi) qəbul edilir. Sonradan Marina Svetlana Popovanın opera oxuma sinfi Marinaya böyük təsir göstərir. 2003-cü ildə Breila şəhərində H. Derkle Beynəlxalq Vokal Müsabiqəsinin laureatı olur.

Marina Radiş
Ümumi məlumatlar
Doğum tarixi 2 fevral 1982(1982-02-02) (42 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Səs tembri soprano

2005-ci ildə Violetta (Cüzeppe Verdinin La Traviata) partiyası ilə Moldova Milli Opera və Balet Teatrının səhnəsində debüt edir. Kişinyov səhnəsində Mikaela (Jorj Bize, Karmen), donna Anna (Don Covanni, Volfqanq Amadey Motsart) kimi partiyalarda əsərləri səsləndirir. O, dəfələrlə Rusiyada keçirilən Moldovanın Mədəniyyət Günlərində iştirak etmişdir. Qazaxıstanda, Almaniyada, İsveçrə səhnələrində çıxış edir.

Müsabiqələr və festivallar

[redaktə | mənbəni redaktə et]

2003 — Beynəlxalq "Hariclea Darclee" vokal müsabiqəsi, Braila, Rumıniya — laureat

2005 — Beynəlxalq "Alexandrovski" vokalçılar müsabiqəsi, Minsk, Belarus — diplom

2006 — Elena Obraztsova Beynəlxalq Opera Müsabiqəsi, Moskva, Rusiya — diplom laureatı

2007 — "Madame Butterfly" Beynəlxalq Opera Müsabiqəsi, Kişinyov, Moldova — laureat

2006 — MDB üzvü olan ölkələ gənclərinin delfin oyunları, Astana, Qazaxıstan

2008 — "Astananın 10 ili" festivalı, Qazaxıstan

2008 — Türksoy — Opera Festivalının Dais, Mersin, Türkiyə, Girne, Kipr

2008 — Türksoy-15 Festivalı, Ankara, Türkiyə

2008 — "Opera-2008" IV Beynəlxalq Musiqi Festivalı — Astana, Qazaxıstan

2009 — "Turksoy-Dais Opera" Festivalı, İstanbul, Türkiyə

2011 — Ümumrusiya açıq rok festivalı "Safoniy", Rusiya, Smolensk vilayəti, Safonovo

Jorj Bize "karmen" — Mikaela, Mersedes

Cüzeppe Verdi "Nabukko" — Anna

Cüzeppe Verdi "La Traviata" — Violetta

Cüzeppe Verdii "Rigoletto" — Gilda

Qaetano Donizetti "Don Paskuale" — Norina

Qaetano Donizetti "Sevgi içkisi" — Adina

Qaetano Donizetti "Lusia di Lammermur" — Lusia

Volfqanq Amadey Motsart "Don Juan" — Donna Anna

Volfqanq Amadey Motsart "Fiqaronun Toyu" — Qrafinya Suzanna

Nikolay Rimski-Korsakov "Çarın gəlini" — Marta

Cakomo Puççini "Bohema" — Mimi

Pyotr Çaykovski "Yevgeni Onegin (opera)" — Tatyana