Mario Lanza (əsl adı: Alfredo Arnold Kakotsa; 31 yanvar 1921, Cənubi Filadelfiya, ABŞ — 7 oktyabr 1959, Roma, İtaliya) — amerikalı müğənni (tenor) və aktyor.
Mario Lanza | |
---|---|
Alfredo Arnold Kakotsa | |
Ümumi məlumatlar | |
Doğum adı | Alfred Arnold Cocozza |
Ləqəbi | Mario Lanza |
Doğum tarixi | |
Doğum yeri | Cənubi Filadelfiya, ABŞ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Roma, İtaliya |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqiçi, kino aktyoru, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1944–1959 |
Janr | opera |
Səs tembri | tenor |
lanzalegend.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Təqaüdə çıxmış hərbçi Antonio Kokotsa və Mariya Kokotsa — Lanza ailəsində anadan olmuşdur. Marionun (balaça Fredi) beş yaşı olanda valıdeyinlərinin uzaq İtaliyadan gətirdikləri qramafon cəlb etdi. Karuzo ve Ruffonun ifalarından ibarət olan musiqi vallarına saatlarla qulaq asardı. Xüsusilə Enriko Karuzonun səsinn sehrinə düşmüşdü. İlbəil müsiqi onun — gənc Fredinin həyatına daxil olmüşdu. Bu artıq uşaqlıq marağı deyildi onun həyatının bir hissəsinə cevrilmişdi. Böyük Karuzonun balaça heyranı ariya, romanslarının hər kicik xirdalıqlarını bele əzbər bilirdi. O təkcə qulas asmırdı — həm də zumzumə edirdi. İlk real oxuma üzrə dərslərini bariton Antonio Skardutsodan aldı. Onun növbəti müəllimi isə müxtəlif ictimai tədbirlərdə ifasını-cıxışalrını təşkil edən İren Villyams idi. Müğənninin karyerasında növbəti addım, Filadelpfiya Musiqi Akademiyasının konsert — meneceri Villiam C. Haffın təşkil etdyi tədvbitdə Sergey Kousevitskinin dinləməsi idi.
Kousevitski Tanglevudda müğənni və musiqiçilər üçün məktəbdə təhsil almaq üçün gənci dəvət etdi. Son buraxılış imtahanı olaraq Lanza məktəb səviyyəsində qoyulmuş quruluş əsasında Nicolainin operası "Vindsor və Merri arvadları"nda bir istehsal Fenton partiyasını ifa etdi və o vaxtdan bəri opera tənqidçiləri onun yaradıçılığını gözdən qaçırmadılar. 1952-ci ildə o Doretta Morrou ilə birlikdə "Cünki sən mənimsən" musiqilı filmdə çəkildi.
28 may 1957-ci il müğənni "Əlvida, Roma" filmində çəkiliş üçün İtaliyanın Neapol şəhərinə ailəsi ilə getdi.
17 aprel 1959-cu il Mario birdən infarkt keçirdi. Avqustun 27-də müğənni ikinci infarkt keçirdi Roma xəstəxansına "Valle Çulia" (Valle Giulia) infarkt və ikitərəfli sətəlcəm ilə daxil olmuşdur. 30 sentyabr "Gül təlxək" filminin çəkilişləri aktyorun xəstəliyi səbəbindən dayandırıldı. Həkimlər klinikada Marioda ateroskleroz və hipertoniya əlamətləri aşkar etdilər.
Tamamilə sona qədər aydın olmayan səbəblərdən Mario Lanza geniş infarktdan klinikada "Valle Giulia" da 7 oktyabr 1959-cu öldü.