Mariya Tek (ing. Mary of Teck ; kraliça Mariya, ing. Queen Mary, tam adı — Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes — Viktoriya Mariya Avqusta Luiza Olqa Paulina Klodina Aqnessa; 26 may 1867 – 24 mart 1953) — kral V Georqun həyat yoldaşı, krallar VIII Eduard və VI Georqun anası. O həmçinin Hindistanın imperatriçası və İrlandiyanın kraliçası olub (1910-cu ildən).
Mariya Tek | |
---|---|
ing. Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes of Teck | |
Şəxsi məlumatlar | |
Doğum adı | Princess Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes of Teck |
Doğum tarixi | 26 may 1867[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1953[1][2][…] (85 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri |
|
Həyat yoldaşı | |
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariyanın atası, şahzadə Frans, alman knyaz ailəsinin nümayəndəsi idi. Anadan olandan " şahzadə Mey " İngiltərə ilə sıx bağlı olub. O Londonda dünyaya gəlib, onun anası Böyük Britaniya kralı III Georqun nəvəsi, Kembric hersoqu Adolf Frederikin qızı olub.
1891-ci ildə o kraliça Viktoriyanın böyük nəvəsi Albert Viktorla nişanlanır. Ancaq toya ay yarım qalmış 1892-ci ilin yanvarında Albert qripdən qəflətən vəfat edir. Yas mərasimlərində onun Albertin kiçik qardaşı Georqla yaxın münasibətləri yaranır və onlar növbəti il evlənirlər. Əri taxta çıxana qədər isə o Uels şahzadəsi və Kornuol hersoginyası (1901–1910) və York hersoginyası (1893–1901) titullarını daşıyırdı.
Onun şərəfinə gəmilər adlandırılmışlar: Queen Mary, Queen Mary 2 gəmiləri və Queen Mary freqatı.
Mariya tek və V Georqun övladları: