Mariya Tereza (Bavariya kraliçası)

Mariya Tereza (alm. Marie Therese Henriette Dorothea‎) (2 iyul 1849 - 3 fevral 1919) — Bavariyanın son kraliçası və III Lüdviqin həyat yoldaşı.

Mariya Tereza
alm. Marie Therese Henriette Dorothea
5 noyabr 1913 – 7 noyabr 1918
ƏvvəlkiMariya fon Hohenzollern
SonrakıMonarxiya ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1849(1849-07-02)[1]
Doğum yeri
Vəfat tarixi 3 fevral 1919(1919-02-03)[1] (69 yaşında)
Dəfn yeri
Fəaliyyəti consort[d]
Atası Ferdinand Karl Viktor
Anası Elizabet Franziska
Həyat yoldaşı III Lüdviq
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2 iyul 1849-cu ildə Avstriya imperiyasının Brünn şəhərində (müasir Brno, Çexiya) doğulmuşdur. Atası arxhersoq Ferdinand Karl Viktor (1821-1849), anası isə arxhersoqina Elizabet Franziska (1831-1903) idi. 1867-ci ilin iyununda Bavariya şahzadəsi Lüdviq bibisiqızı Avstriya arxhersoqinyası Matildanın dəfn mərasimində iştirak etmək üçün Vyanaya səfər etdi. Orada olarkən Lüdviq 18 yaşlı Mariya ilə tanış oldu. Evlənmək istəyini irəli sürən Lüdviqə Mariyanın dayısı Modena hersoqu V Françesko etiraz etdi. Buna səbəb Lüdviqin əmisi Ottonun Yunanıstan kralı olması və Lüdviqin gələcəkdə kral olduğu təqdirdə Katolik inancından əl çəkməsi ehtimalı idi. O, evlilik müqaviləsinin bir hissəsi olaraq Lüdviqdən Yunanıstan taxt-tacı hüququndan imtina etməsini və övladlarının katolik kimi yetişdirilməsini təmin etməyi tələb etdi. Burada evliliyə qərar verən cütlük 20 fevral 1868-ci ildə Vyanadakı Müqəddəs Avqustin kilsəsində evləndilər. Ailə əsasən Münhenin cənubundakı Leutstetten fermalarında yaşayırdı, burada Mariya Tereza qızılgül bağları becərirdi.

Mariya Tereza 1913-cü ildə həyat yoldaşı III Lüdviq kral elan etdikdən sonra Bavariya kraliçası oldu. O, 1806-cı ildə Bavariya krallığa çevrildikdən sonra Bavariyadakı ilk katolik kraliçası idi. O, alman, macar, çex, fransız və italyan dillərində danışırdı. Birinci Dünya Müharibəsi zamanı o, yaralı əsgərləri ziyarət edir və Bavariya qadınlarını əfsanəvi qəhrəmanlardan bəhs edərək ərzaq və paltar təmin etməklə qoşunları dəstəkləməyə təşviq etdi. 7 noyabr 1918-ci ildə III Lüdviq Bavariya taxtından əl çəkməyə məcbur oldu və Mariya Tereza bolşeviklərdən qaçmaq üçün ailəsi ilə Münhendən Frasdorf yaxınlığındakı Vildenvart qalasına qaçdı. Kraliçanın səhhəti tezliklə pisləşdi və o, 3 fevral 1919-cu ildə burada vəfat edərək yerli kilsədə dəfn edildi.[2] 5 noyabr 1921-ci ildə onun qalıqları bir aydan az əvvəl vəfat edən əri ilə birlikdə Münhen kafedralına köçürüldü.

20 fevral 1868-ci ildə Vittelsbax sülaləsindən Bavariya şahzadəsi Luitpold və onun həyat yoldaşı, arxhersoqinya Avqusta Ferdinandanın böyük oğlu Lüdviq ilə evlənmişdi. Bu evlilikdən 13 övlad dünyaya gəlib:

  1. Ruprext (18 may 1869 – 2 avqust 1955)
  2. Adelqunda (17 oktyabr 1870 - 4 yanvar 1958)
  3. Mariya Lüdviqa (6 iyul 1872 - 10 iyun 1954)
  4. Karl (1 aprel 1874 - 9 may 1927)
  5. Frans (10 oktyabr 1875 - 25 yanvar 1957)
  6. Matilda (17 avqust 1877 - 6 avqust 1906)
  7. Volfqanq Maria Leopold (2 iyul 1879 - 31 yanvar 1895)
  8. Hildeqard (5 mart 1881 - 2 fevral 1948)
  9. Notburqa (19 mart 1883 - 24 mart 1883)
  10. Viltrud (10 noyabr 1884 - 28 mart 1975)
  11. Helmtrud (22 mart 1886 - 23 iyun 1977)
  12. Dietlinde (2 yanvar 1888 - 15 fevral 1889)
  13. Qundelinde (26 avqust 1891 - 16 avqust 1983)

Orden və medalları

[redaktə | mənbəni redaktə et]
  • Bavariya Krallığı: Müqəddəs Yelizaveta ordeni və Tereza ordeni (19 oktyabr 1872), Bavariya krallığına xidmətlərinə görə orden, 1870/71-ci il üçün xidmətə görə xaç, könüllü tibb bacısı kimi xidmətə görə xaç
  • İspaniya: Kraliça Maria Luisa ordeninin xanımı
  • Avstriya İmperiyası: Ulduzlu Xaç ordeni (10 yanvar 1865) və 1-ci dərəcəli Yelizaveta ordeni
  • Prussiya: Qırmızı Xaç medalı, 1-ci dərəcəli (27 yanvar 1899)[3]
  1. 1 2 Lundy D. R. Maria Theresia Henriette Dorothea Erzherzogin von Österreich-Este // The Peerage (ing.).
  2. "Kritische Online-Edition der Tagebücher Michael Kardinal von Faulhabers (1911–1952). Tagebucheintrag vom 6. Februar 1919 EAM, NL Faulhaber 10003, S. 47-48". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  3. Rote Kreuz-Medaille // Königlich Preussische Ordensliste (German), Berlin, 1895, səh. 268, 2021-08-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-10-04 – hathitrust.org vasitəsilə