Marqo Elis Robbi 2 iyul 1990-cı ildə Avstraliyanın Kvinslend ştatının Delbi şəhərində anadan olub. Onun atası şəkər qamışı maqnatı Duq Robbi, anası isə fizioterapevt Sarie Kesslerdir.[3][4][5] Onun üç qardaş-bacısı var.[6][7] Marqo beş yaşında olarkən valideynləri boşanıb.[8] O, və qardaş-bacıları anaları tərəfindən böyüdülüblər. Onlar atalarını tez-tez görə bilmirdilər. Marqo uşaqlığının çox hissəsini nənə və babasının fermasında keçirib.[9][10][11] Marqo şən uşaq idi, evdə tamaşalar etməyi xoşlayırdı.[12]
Anası onu sirk məktəbinə yazdırmışdı, o, trapesiyada çox yaxşı idi. O, səkkiz yaşında ikən bu istedadına görə sertifikatla mükafatlandırılmışdı.[13] Marqo Robbi Somerset Kollecində dram dərsləri almışdır.[14] Yeniyetmə ikən o, eyni anda üç iş görürdü. O, barmen işləyir, evləri təmizləyir və Subway restoranında işləyirdi.[15][16] Marqo məktəbi bitirdikdən və bir neçə reklam çarxında və müstəqil triller filmlərində çəkilərək təcrübə qazandıqdan sonra peşəkar karyera qurmaq üçün Melburna köçməyə qərar verir.[17]
↑Browne, Sally, with "Revisions by The Margot Robbie Team". "Exclusive Interview with Margot". Gold Coast (Australia) via Margot Robbie official website. 26 January 2014. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2015.