Maruf Bakhit

Maruf Baxit (ərəb. معروف البخيت‎; 18 mart 1947[1]7 oktyabr 2023[2], İordaniya) — 1 fevral 2011-ci ildən İordaniya Haşimilər Krallığının baş naziri. O, əvvəlcə 27 noyabr 2005-ci ildən 25 noyabr 2007-ci ilə qədər, sonra isə yenidən 9 fevral 2011-ci ildən 17 oktyabr 2011-ci ilə qədər baş nazir vəzifəsində çalışıb. Baxit həmçinin İordaniyanın İsraildəki səfiri və milli təhlükəsizlik rəisi vəzifələrini icra edib. 2005-ci ildə Amman partlayışlarından üç həftə keçməmiş Kral II Abdullah tərəfindən baş nazir təyin edilən Baxitin əsas prioriteti İordaniyada təhlükəsizliyi və sabitliyi qorumaq idi. O, həftələrlə davam edən etirazlardan sonra 2011-ci il fevralın 1-də kral tərəfindən yenidən baş nazir təyin edilib.[3]

Maruf Baxit
ərəb. معروف البخيت
İordaniyanın baş naziri
9 fevral 2011 – 24 oktyabr 2011
ƏvvəlkiSamir ər-Rifai
27 noyabr 2005 – 25 noyabr 2007
ƏvvəlkiAdnan Badran
SonrakıNader al-Dahabi
Şəxsi məlumatlar
Doğum tarixi 18 mart 1947(1947-03-18)[1]
Vəfat tarixi 7 oktyabr 2023(2023-10-07)[2] (76 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, universitet müəllimi[d]
Uşağı 3[1]
Dini islam
Hərbi xidmət
Qoşun növü İordaniya Silahlı Qüvvələri[d]
Rütbəsi general-mayor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əl-Baxit 2011-ci il oktyabrın 17-də tutduğu vəzifədən istefa verib və oktyabrın 24-də onun yerinə Avn Şövkət Əl-Xəsevnə təyin edilib.

Maruf əl-Baxit 7 oktyabr 2023-cü ildə 76 yaşında vəfat edib.[4]

  1. 1 2 3 وفاة رئيس الوزراء الأسبق معروف البخيت. Ammon News, 2023.
  2. 1 2 وفاة رئيس الوزراء الأسبق معروف البخيت. Roya TV, 2023.
  3. "Jordan's Royal Palace says king sacks government in wake of street protests". Associated Press. 1 February 2011. 8 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2011.
  4. "Former Prime Minister Marouf Al-Bakhit passes away". Roya News. 7 October 2023. 7 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2023.