Maruf Baxit (ərəb. معروف البخيت; 18 mart 1947[1] – 7 oktyabr 2023[2], İordaniya) — 1 fevral 2011-ci ildən İordaniya Haşimilər Krallığının baş naziri. O, əvvəlcə 27 noyabr 2005-ci ildən 25 noyabr 2007-ci ilə qədər, sonra isə yenidən 9 fevral 2011-ci ildən 17 oktyabr 2011-ci ilə qədər baş nazir vəzifəsində çalışıb. Baxit həmçinin İordaniyanın İsraildəki səfiri və milli təhlükəsizlik rəisi vəzifələrini icra edib. 2005-ci ildə Amman partlayışlarından üç həftə keçməmiş Kral II Abdullah tərəfindən baş nazir təyin edilən Baxitin əsas prioriteti İordaniyada təhlükəsizliyi və sabitliyi qorumaq idi. O, həftələrlə davam edən etirazlardan sonra 2011-ci il fevralın 1-də kral tərəfindən yenidən baş nazir təyin edilib.[3]
Maruf Baxit | |
---|---|
ərəb. معروف البخيت | |
İordaniyanın baş naziri | |
9 fevral 2011 – 24 oktyabr 2011 | |
Əvvəlki | Samir ər-Rifai |
27 noyabr 2005 – 25 noyabr 2007 | |
Əvvəlki | Adnan Badran |
Sonrakı | Nader al-Dahabi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 mart 1947[1] |
Vəfat tarixi | 7 oktyabr 2023[2] (76 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, universitet müəllimi[d] |
Uşağı | 3[1] |
Dini | islam |
Hərbi xidmət | |
Qoşun növü | İordaniya Silahlı Qüvvələri[d] |
Rütbəsi | general-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
Əl-Baxit 2011-ci il oktyabrın 17-də tutduğu vəzifədən istefa verib və oktyabrın 24-də onun yerinə Avn Şövkət Əl-Xəsevnə təyin edilib.
Maruf əl-Baxit 7 oktyabr 2023-cü ildə 76 yaşında vəfat edib.[4]