Massimo D'Alema

Massimo D'Alema (tam adı: Massimo D'Alema, it. Massimo D'Alema; 20 aprel 1949[1][2][…], Roma)[3] — İtaliya siyasətçisi, İtaliyanın 53-cü baş naziri (1998-2000). Sonralar 2006-2008-ci illərdə baş nazirin müavini və xarici işlər naziri kimi çalışmışdır. O, həmçinin jurnalistdir. Adı Massimo olduğuna, eləcə də İkinci Respublika dövründə solçu koalisiyalarda hakim mövqeyinə görə KİV-də onu Lider Maksimo (ing. Leader Maximo) da adlandırırdılar.[4] İlk işlədiyi illərdə İtalyan Kommunist Partiyasının üzvü olmuşdur. O, həmçinin NATO ölkəsinin baş naziri olan ilk keçmiş kommunist və İtaliyanın yeganə keçmiş kommunist baş naziridir.

Massimo D'Alema
it. Massimo D'Alema
PrezidentOskar Luici Skalfaro
Karlo Adzelio Çampi
ƏvvəlkiRomano Prodi
SonrakıCuliano Amato
COPASİR-in prezidenti
26 yanvar 2010 – 15 mart 2013
ƏvvəlkiFrançesko Rutelli
SonrakıCakomo Stukki
bayraq
İtaliya baş nazirinin müavini
bayraq2
17 may 2006 – 8 may 2008
ƏvvəlkiCulio Tremonti
SonrakıAncelino Alfano
bayraq
İtaliyanın Xarici İşlər naziri
bayraq2
17 may 2006 – 8 may 2008
ƏvvəlkiCanfranko Fini
SonrakıFranko Frattini
29 oktyabr 2003 – 29 iyun 2008
6 noyabr 1998 – 14 oktyabr 2007
ƏvvəlkiCilya Tedesko Tato
SonrakıVəzifə ləğv edilib.
12 fevral 1998 – 6 noyabr 1998
ƏvvəlkiVəzifə təsis olunub.
SonrakıValter Veltroni
1 iyul 1994 – 12 fevral 1998
ƏvvəlkiAkille Okketto
SonrakıVəzifə ləğv edilib.
İtalyan Kommunist Gənclər Federasiyasının katibi
3 aprel 1975 – 12 iyun 1980
ƏvvəlkiRenzo İmbeni
SonrakıMarko Fumaqalli
Şəxsi məlumatlar
Doğum adı Massimo D'Alema
Doğum tarixi 20 aprel 1949(1949-04-20)[1][2][…] (75 yaş)
Doğum yeri Roma, Latsio, İtaliya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, jurnalist
Həyat yoldaşı Linda Giva
Uşağı 2
Dini katolisizm
Rəsmi səhifəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Massimo D'Alema 20 aprel 1949-cu ildə[3] Romada kommunist siyasətçi Cüzeppe D'Alemanın ailəsində anadan olmuşdur. Siena Universitetinin professoru Linda Giva ilə ailə həyatı qurmuşdur və Culiya və Françesko adlı iki övladı var. Sonralar Massimo İtalyan Kommunist Partiyasının (İKP) görkəmli üzvünə çevrilmişdir. Daha sonra həmin partiyanın əsasında 1991-ci ildə Solçu Demokratik Partiya (SDP), 1998-ci ildə isə Sol Demokratlar (SD) partiyaları qurulmuşdur. 1998-ci ildə Zeytun Ağacı mərkəz-solçu koalisiyasının lideri kimi Romano Prodidən sonra Baş nazir olmuşdur. O, NATO ölkəsinin baş naziri olan ilk keçmiş kommunist və 1946-cı ildə İtaliya respublika olduqdan sonra doğulan İtaliyanın ilk Baş naziridir.

D'Alema Baş nazir olarkən İtaliya 1999-cu ildə NATO-nun Yuqoslaviyaya qarşı müharibəsində iştirak etmişdir. Hücum Silvio Berluskoni və mərkəz-sağ müxalifət tərəfindən dəstəklənsə də, ultra-solçular buna şiddətlə qarşı çıxmışdılar.

Partiyasının daxili həyatında İKP-dən SDP-ə keçid dövründə D'Alema marksizm əsasları müasir Qərb Avropa sosial-demokratik partiyası yaratmaq məqsədi ilə yenilənməlidir.

Massimo D'Alema Demokratik Partiyanın yığıncağında çıxış edərkən

O, İtalyan Kommunist Partiyasının keçmiş rəsmi qəzeti L'Unitànın direktoru olmuşdur. Həmin qəzet sonralar Sol Demokratların qəzetinə çevrilmişdir.

D'Alema Avropa Sosialistlər Partiyası qrupunun bir hissəsi olan Sol Demokratlardan Cənubi İtaliyanı təmsil edən Avropa Parlamentinin deputatı idi. O, İtaliya Deputatlar Palatasına seçilənədək Avropa Parlamentinin Balıqçılıq və Xarici İşlər Komitələrinin üzvü olmuşdur.

Romano Prodinin 2006-cı ilin aprel seçkilərində qələbəsindən sonra, Deputatlar Palatasının yenidən çağırılması ilə D'Alemanın ilk növbədə İtaliya prezidenti olacağı gözlənilirdi, lakin D'Alema geri addım ataraq özü mərkəz-solçu koalisiyanın rəsmi namizədi Corco Napolitanonu təsdiqlədi, hansı ki seçilmişdi. 2006-cı ilin aprel seçkilərindən dərhal sonra ona Deputatlar Palatasının gələcək sədri olmaq təklif edilmişdi. Bununla belə, Kommunist Yenidən Quruluş Partiyası şiddətlə Fausto Bertinottinin növbəti sədr olmasını istəyirdi. Qızğın müzakirələrdən bir neçə gün sonra D'Alema siyasi partiyalar arasındakı qarşıdurmanın qarşısını almaq məqsədilə geri addım atdı: onun bu hərəkəti müttəfiqləri tərəfindən alqışlandı. Elə həmin ay o, yeni Prodi hökumətinin Xarici işlər naziri və Baş nazirin müavini təyin olundu. O bu vəzifələrdə 2008-ci ilədək - Prodinin hökuməti hakimiyyətdən gedənədək və Berluskoninin sağ qanad koalisiyası növbəti 2008-ci ilin aprel seçkilərində üstün gələnədək xidmət etdi. D'Alema bu seçkidə yenicə yaradılmış Demokratik Partiyanın üzvü kimi yenidən Deputatlar Palatasına seçildi.[3]

2006-cı il İsrail-Livan münaqişəsi

[redaktə | mənbəni redaktə et]

2006-2008-ci illərdə Romano Prodinin mərkəz-sol hökumətində İtaliyanın Xarici işlər naziri olarkən Massimo D'Alema 2006-cı il Livan müharibəsində olduqca proaktiv diplomatik mövqe nümayiş etdirmişdi. İtaliya İsrailin Xarici işlər naziri Tsipi Livni ilə danışıqlara rəhbərlik edirdi və İsrail tərəfindən İtaliyanın beynəlxalq sülhməramlı missiya olan UNİFİL-ə rəhbərlik etməsi təklif olunmuşdu. Baxmayaraq ki, İtalyan qoşunları üçün missiyanın təhlükəli olması mərkəz-sağ müxalifət tərəfindən xəbərdarlıqların baş qaldırmasına səbəb olmuşdu. Belə ki, müxalifət bunun İsrail və yaxşı silahlanmış Hizbullah arasında sıxışdırılmış sülhməramlılardan ibarət "kamikaze" missiya olmasını sübut edə bilərdi.[5] D'Alema, Livan haqqında Birləşmiş Millətlər Təşkilatının qətnaməsini yerinə yetirməyə hazır olduqlarını bildirmiş və digər Avropa Birliyinə üzv ölkələri də eyni şeyi etməyə çağırmışdı, çünki Yaxın Şərqdəki sabitlik Avropalılar üçün başlıca narahatlıq olmalıdır.[6]

  1. 1 2 Massimo D'Alema // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Massimo D’Alema // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. 1 2 3 "Page on D'Alema at Chamber of Deputies website". Camera.it. 2012-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-01.
  4. "Ue, un posto per il leader maxi o D'Alema". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
  5. "Italy to send up to 3,000 troops to Lebanon, largest pledge so far". Haaretz. 22 August 2006. 1 September 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2006.
  6. Smith, Craig S. "France Pledges More Troops to Lebanon". New York Times. 24 August 2006. 14 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]