Çində vətəndaş müharibəsi

Çin vətəndaş müharibəsi (çin. 國共内戰) — Çin Respublikası qüvvələri ilə Çin kommunistləri arasında 1927-1950-ci illərdə (fasilələrlə) baş vermiş silahlı qarşıdurmalar seriyası. Müharibə 1927-ci ildə Şimal yürüşündən sonra, Çan Kayşinin rəhbərlik etdiyi Qomindanın sağ qanadının qərarı ilə Qomindan ilə ÇKP arasındakı ittifaqın pozulan zaman başladı.

Çin vətəndaş müharibəsi
Soyuq müharibə (1946-cı ildən)
国共内战
國共內戰
Tarix

1-ci faza: 1 avqust 1927 — 22 dekabr 1936

2-ci faza: 31 mart 1946 — 19 oktyabr 1950
Yeri Çin
Nəticəsi Çinin kontinental hissəsinin Çin Kommunist Partiyasının əlinə keçməsi
Münaqişə tərəfləri

Çin Respublikası

Çin Kommunist Partiyası

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1936-cı ilin dekabrında Qomindan generalları Çjan Syuelan və Yan Xuçen, "Sian insidenti" adlandırılan hadisə zamanı Çan Kayşini həbs etdi, hər iki tərəfin yapon işğalçılarına qarşı mübarizəyə diqqət yetirməsi üçün kommunistlərin atəşkəs təklifini qəbul etməsini məcbur etdi. Yaponiya üzərində qələbədən sonra vətəndaş müharibəsi yenidən canlandı.

  • Непомнин О. Е.  История Китая. XX век. — М.: Институт востоковедения РАН, 2011. — 722 с.