Maya Houk

Maya Houk (ing. Maya Hawke; 8 iyul 1998[1][2], Nyu-York, Nyu-York ştatı, ABŞ[4]) — amerikalı aktrisa, model və müğənni.[5]

Maya Houk
ing. Maya Hawke
Doğum adı Maya Ray Thurman-Hawke
Doğum tarixi 8 iyul 1998(1998-07-08)[1][2] (26 yaş)
Doğum yeri
Milliyyəti amerikalı
Vətəndaşlığı
Atası İtan Houk
Anası Uma Turman
Fəaliyyəti aktrisa, müğənni, televiziya aktrisası, kino aktrisası, səsləndirmə aktrisası[d], müğənni-mahnı yazarı, model[d], fotomodel[d], mahnı yazarı[d], icraçı prodüser[d], söz yazıçısı[d], bəstəkar
Fəaliyyət illəri 2016-cı ildən
Boyu 174 sm
IMDb ID1638321
mayahawkemusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar[3]

Hok 8 iyul 1998-ci ildə Nyu-York şəhərində aktyor İtan Houk və aktrisa Uma Turmanın böyük övladı olaraq dünyaya gəlib.[6][7] Valideynləri 1998-ci ilin may ayında evlənib 2005-ci ildə ayrılmışdırlar.[8][9] Hokun bir qardaşı var.[10][11] Atasının ikinci həyat yoldaşı Rayan Şouesdən iki ögey bacısı var.[12][13] Anasının keçmiş nişanlısı investor Arpad Bassondan isə bir ögey bacısı var.[14]

Hok ata tərəfdən yazıçı Tennesse Uilyamın qohumudur.[15] Ana tərəfdən buddist alim Robert Turmen və model Barones Nena von Şlebrüqün nəvəsidir.[16][17] Şlebrüqün anası Birgit Holmquist də modeldir.[18]

Hokun disleksiyası var idi və buna görə də ibtidai təhsil alarkən tez-tez məktəb dəyişdirirdi. Ən sonda Nyu-Yorkun Bruklin ərazisində yerləşən Müqəddəs Ann məktəbində təhsil aldı.[19]

Həm anası həm də nənəsi kimi Hok da modellik karyerasına başladı və o, Vogue jurnalı üçün pozalar verdi.[7][20] Həmçinin ingilis dəb pərakəndəçisi AllSaints-in 2016/2017 kolleksiyasının üz qapağı seçildi.[11] 2017-ci ildə Kalvin Kleinin iç geyim seriyası üçün çəkilmiş video kampaniyasında rol aldı.[21]

Hok 2017-ci ildə BBC-nin "Balaca qadın" miniserialında Co Mark rolunu canlandırdı.[22][23] 2019-cu ildə Netflix serialı "Qəribə şeylər"in üçüncü mövsümündə Robin Bakli rolunu canlandırdı.[24][25] Hok həmin yay Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmində Linda Kasabiya rolunda yer aldı.[26][27]

Hokun 2018-ci ilin oktyabr ayında "Əsas axın" filmində yer alacağı açıqlandı.[28][29] 2021-ci ilin iyul ayında Netflix platformasında yayımlanan qorxu filmi "Qorxu küçəsi birinci hissə: 1994"də Hater rolunu canlandırdı.[30]

Hok 2019-cu ilin avqust ayında ilk iki sinqlı olan "Bir oğlanı sevmək""Açıq qal"ı yayımladı.[31] Sinqllar Hok və "Qremmi" mükafatı qazanmış müğənni və bəstəkar Cess Harris tərəfindən yazılıb qeydə alınmışdır.[32] Hok ilk canlı solo kansertini 2020-ci ilin əvvəlində Nyu-York şəhərində keçirmişdir.[33][34][35] Hok 18 mart 2020-ci ildə "Özüm tərəfindən" sinqlını yayımlayıb Blush adlı ilk albomunu çıxardı.[36] Albomun ikinci sinqlı "Əhatə" 22 aprel 2020-ci ildə yayımlandı.[37][38] Blush albomu əvvəlcə 19 iyun 2020-ci ildə bazara çıxarılacaqdı amma 21 avqust 2020-ci il tarixinə keçirildi.[39] Hok bu haqda yazırdı: "Mənə elə gəlir ki, bu, özünü tanıtma vaxtı deyil. Bu, aktivləşmə, təhsil və özünü yoxlama vaxtıdır."[40] Hok albomun çıxmasını dəstəkləmək üçün ilk dəfə "Bu günün şousu"na qonaq oldu.[41]

Televiziya və film
İl Başlıq Rol Qeyd
2017 Balaca qadın Co Mark Miniserial
2018 Qadın dünyası Romi Film[42][43]
2019 Bir dəfə Hollivudda Linda Kasabiya Film
2019 Qəribə şeylər Robin Bakli Baş rol (3-cü mövsüm)
2019 İnsan kapitalı Şannon Film[44]
2020 Yaxşı lord quş Enni Braun Miniserial[45]
2020 Əsas axın Frenki Film[46]
2021 İtaliya araşdırmaları Erin Film[47][48]
2021 Qorxu küçəsi birinci hissə: 1994 Hater İnternet filmi
2022 Qisas al Eleanor
2022 Asteroid şəhəri June Douglas

Mükafatlar və namizədliklər

[redaktə | mənbəni redaktə et]
İl Mükafat Kateqoriya İş Nəticə İst.
2019 45-ci Staurn mükafatı İnternet verilişində ən yaxşı qonaq aktrisa Qəribə şeylər Qazandı [49]
2020 26-cı Ekran Aktyorları Gildiyası Mükafatı Dram serialında heyətin möhtəşəm performansı Qəribə şeylər Namizəd [50]
  1. 1 2 Maya Hawke // (unspecified title).
  2. 1 2 Maya Hawke // GeneaStar.
  3. https://commons.wikimedia.org/wiki/Category:Maya_Hawke.
  4. 1 2 English Wikipedia community Wikipedia (ing.). 2001.
  5. Weaver, Hilary. "Everything You Need to Know About Maya Hawke". Elle (ingilis). 9 iyul 2019. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2020.
  6. Chestang, Raphael. "Uma Thurman Opens Up About the 'Worst Decision' She's Made in Turning Down a Role". Entertainment Tonight. 21 fevral 2017. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  7. 1 2 Olivia Markes. "Maya Hawke On Little Women And Following Her Parents Footsteps". Vogue. 26 dekabr 2017. 2017-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
  8. Silverman, Stephen M. "Uma Calls Split from Ethan 'Excruciating'". People. Time Inc. 7 oktyabr 2005. 2014-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2013.
  9. Cheng, Kipp; Chang, Suna. "Monitor". Entertainment Weekly. 15 may 1998. 21 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2011.
  10. Blair, Olivia. "Uma Thurman Attended The Dior Show With Her Grown Up Son And We Can See The Resemblance". Elle (ingilis). 21 yanvar 2020. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2020.
  11. 1 2 Mulkerrins, Jane. "Maya Hawke, daughter of Hollywood royalty, on scaring men and making Little Women". Sydney Morning Herald. 22 dekabr 2017. 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
  12. "Ethan Hawke and wife welcome daughter Clementine". USA Today. Associated Press. 23 iyul 2008. 2014-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2009.
  13. "Report: It's A Girl For Ethan Hawke". Access Hollywood. 6 avqust 2011. 2011-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2011.
  14. "Uma Thurman Daughter's Name Revealed". People. Time Inc. 17 oktyabr 2012. 2013-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2013.
  15. Carr, David. "In His Comfort Zone". The New York Times. 10 yanvar 2013. 2013-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2013.
  16. Kamenetz, Rodger. "Robert Thurman Doesn't Look Buddhist". The New York Times Magazine. 5 may 1996. 27 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2016.
  17. "Well Known Swedish Americans". 29 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  18. Kuprijanko, Alexander. "Uma Thurmans mormor staty i Trelleborg" [Uma Thurman's grandmother's statue in Trelleborg]. Sydsvenskan (isveç). 20 iyul 2006. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-20.
  19. Elber, Lynn. "Maya Hawke makes the most of 'Little Women' screen debut". Associated Press. 10 may 2018. 5 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
  20. Laura Bailey. "True British". British Vogue. 12 may 2010. 20 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2020.
  21. Hannah Ongley. "sofia coppola explores first kisses and crushes for calvin klein's new underwear campaign". i-D. 18 aprel 2017. 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2018.
  22. "BBC One and Playground announce Little Women cast". BBC. 6 iyul 2017. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
  23. De Elizabeth. "The Little Mermaid' Gets 3 Different Movie Adaptations". Teen Vogue. 5 aprel 2017. 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
  24. Kroll, Justin. "'Stranger Things' Season 3 Adds Maya Hawke, Ups Priah Ferguson". Variety. 2 mart 2018. 2018-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2018.
  25. Wigler, Josh. "'Stranger Things': Maya Hawke Pulls the Curtain Back on Season 3 Breakout Role". The Hollywood Reporter. 4 iyul 2019. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2019.
  26. N'Duka, Amanda. "Lena Dunham, Austin Butler, Maya Hawke, Lorenza Izzo Board Quentin Tarantino's 'Once Upon A Time In Hollywood'". Deadline Hollywood. 22 avqust 2018. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2018.
  27. Kroll, Justin. "Sofia Coppola Is No Longer Directing 'The Little Mermaid'". Variety. 1 iyun 2015. 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
  28. Berger, Laura. "Gia Coppola to Direct "Mainstream," a Love Triangle Featuring Rising Star Maya Hawke". Womenandhollywood.com. 31 oktyabr 2018. 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2019.
  29. Fleming, Mike Jr. "Johnny Knoxville, Chris Messina, Alexa Demie, Colleen Camp Join Gia Coppola's 'Mainstream'". Deadline Hollywood. 14 may 2019. 9 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2019.
  30. Blistein, Jon. "Maya Hawke Flees a Knife-Wielding Maniac in Clip From 'Fear Street Part One: 1994'". Rolling Stone. 30 iyun 2021. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2021.
  31. Sawyer, Jonathan. "Maya Hawke's debut singles: Stream them here". Highsnobiety. 22 avqust 2019. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2019.
  32. Nate Nickolai. "Maya Hawke debuts two singles ahead of album release". Variety. 18 avqust 2019. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2019.
  33. "Maya Ray on Instagram: "Upcoming shows..."". Instagram (ingilis). 24 yanvar 2020. Archived from the original on 2022-11-20. İstifadə tarixi: 29 aprel 2020.
  34. "Maya Hawke Gigography, Tour History & Past Concerts". Songkick (ingilis). 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  35. Almeida, Nicole. "Reintroducing Maya Hawke: An Interview about 'Blush', Poetry, and Identity". Atwood Magazine (ingilis). 22 aprel 2020. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  36. DeLeo, Isabella. "Maya Hawke announces her debut album blush, shares new single "By Myself"". Paste. 18 mart 2020. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2020.
  37. Strauss, Matthew. "Listen to Maya Hawke's New Song "Coverage"". Pitchfork (ingilis). 22 aprel 2020. 2020-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  38. Darmon, Aynslee. "Maya Hawke Enlists Dad Ethan Hawke To Direct 'Coverage' Music Video During Coronavirus Quarantine". ET Canada. 28 aprel 2020. 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  39. "Maya Hawke". Maya Hawke Official Website (ingilis). 18 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2020.
  40. "Screenshot of @momandpopmusic Instagram story" (ingilis). 15 iyun 2020. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2020.
  41. Cantor, Brian. "Maya Hawke, Jameson Rodgers, Easton Corbin Scheduled To Perform On NBC's TODAY Show". Headline Planet. 29 avqust 2020. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2020.
  42. Weir, Keziah. "Maya Hawke Gets Into the Family Business With the Literary Role of a Lifetime: Jo March". Elle. 2 aprel 2018. 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2018.
  43. Ramos, Dino-Ray. "Fantastic Fest 2018 Sets 'Overlord', 'Apostle', & 'The Night Comes For Us' In First Wave Of Programming". Deadline Hollywood. 31 iyul 2018. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2018.
  44. N'Duka, Amanda. "Peter Sarsgaard, Maya Hawke & 'Get Out's Betty Gabriel Are 'Human Capital'". Deadline Hollywood. 14 noyabr 2018. 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2019.
  45. Sepinwall, Alan. "The Gospel According to Ethan Hawke". Rolling Stone. 2020-09-25. 2020-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  46. McNary, Dave. "Film News Roundup: Andrew Garfield Joins Gia Coppola's Romance Movie 'Mainstream'". Variety. 30 oktyabr 2018. 15 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2019.
  47. "Italian Studies". Tribeca Film Festival. 14 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2021.
  48. Allen, Nick. "'Italian Studies': Vanessa Kirby Is Fascinating To Watch In Adam Leon's Dreamy & Compelling Mood Piece [Tribeca Review]". The Playlist. 12 iyun 2021. 2021-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  49. Boucher, Geoff. "Saturn Awards: 'Spider-Man' Star Tom Holland Wins For Third Year In A Row". Deadline Hollywood. 13 sentyabr 2019. 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2019.
  50. "SAG Awards: 'Parasite' Wins Top Film Prize; 'Crown' and 'Mrs. Maisel' Named Best Drama, Comedy Series". The Hollywood Reporter. 19 yanvar 2020. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]