Meşə yanğınları — əsasən kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə yanğınları ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). Meşə yanğını zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. Meşə yanğınları meşə təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur və s. Meşə yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə yetirilir.[1]
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Bununla bağlı əvvəlcə bəzi məqamlara diqqət yetirmək istərdik. Bu gün dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektar təşkil edir. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. 2005-ci ilin məlumatına görə isə ərazisi 211.887 km2 olan Türkiyə 27,20 faiz təşkil edir.[2]