Mehdi Mustafayev

Mehdi Həsən oğlu Mustafayev (15 sentyabr 1914, Tatlı, Qazax qəzası5 oktyabr 1979, Bakı) — Azərbaycanda meşə mühafizəsi işinin təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948).

Mehdi Mustafayev
bayraq
Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri
bayraq2
23 iyun 1966 – 5 oktyabr 1979
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini
bayraq2
may 1953 – dekabr 1959
Nazirİlyas Abdullayev
Həsən Seyidov
Möhsün Poladov
bayraq
Azərbaycan SSR meşə təsərrüfatı naziri
bayraq2
25 oktyabr 1948 – 26 mart 1953
ƏvvəlkiSoltan Mirzəyev
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1947 – 1948
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1914(1914-09-15)
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 1979(1979-10-05) (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti aqronom
Uşağı

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni “Əmək igidliyinə görə” medalı

Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının 15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində II Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Mehdi müəllimin tərcümeyi-halına nəzər salanda məlum olur ki, onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Valideynlərini erkən itirdiyindən hələ gənc yaşlarından zəhmətə qatlaşmalı olur. O, Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra 1929-cu ildə Gəncə şəhərinə gəlmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində hazırlıq kursunda təhsil alır.

1931-ci ildə yenicə Bakıdan Gəncəyə köçürülmüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olunur. Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, "Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması" mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir.

Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936–1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur.

Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir. Oradan qayıdandan sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bir sıra məsul işlərdə, xeyli müddət kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində çalışır.

Mehdi Mustafayev sonralar Tovuz Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. 1953–1959-cu illərdə o, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, 1959-cu ildən ömrünün sonunadək (1979-cu il) Nazirlər Sovetinin Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifələrində işləmişdir.[1]

"Lenin", "Qırmızı əmək bayrağı", 2 dəfə "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilmiş, 1948-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, bir neçə çağırış respublika Ali Sovetinin deputatı olmuşdur. 1964 və 1974-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Ağstafa şəhərində Mehdi Mustafayevin adını daşıyan parkda dövlət xadiminin büstü vardır.[2]

  1. "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.
  2. "Mehdi Mustafayevin 100 illik yubileyi qeyd olundu". 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.