Məmməd Məmmədov (siyasətçi, 1928)

Məmməd Əsgər oğlu Məmmədov (1928, Traubenfeld, Qazax qəzası1998, Bakı) — Azərbaycan SSR partiya xadimi, Sosialist Əməyi Qəhrəmanı.

Məmməd Məmmədov
bayraq
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1993 – 1995
ƏvvəlkiVahid Hümmətov
SonrakıMəhərrəm Məhərov
1971 – 1986
ƏvvəlkiMəmmədov Məmməd Həmzə oğlu
SonrakıSeyidov Vilayət Məmməd oğlu
bayraq
Azərbaycan Kommunist Partiyası Ağsu Rayon Komitəsinin birinci katibi
bayraq2
1960 – 1962
1953 – 19??
Şəxsi məlumatlar
Doğum tarixi 1928
Doğum yeri
Vəfat tarixi 1998
Vəfat yeri
Partiya
Təhsili

Məmmədov Məmməd Əsgər oğlu 1928-ci ildə Tovuz rayonunun Köhnəqala kəndində kolxozçu ailəsində anadan olub. 1944–1947-ci illərdə Gəncə şəhər (Kirovabad) Toxuculuq Texnikumunda oxuyub barama emalı üzrə texnik ixtisası alıb. 1947–1952-ci illərdə Gəncə şəhər (Kirovabad) Kənd Təsərrüfatı İnstitunda oxuyub. Meşə təsərüfatı mühəndisi ixtisası üzrə təhsil alıb.

1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi, 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi olub.

1998-ci ildə vəfat etmişdir.[1]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1947-ci ildə Texnikumda oxuyarkən (19 yaşında) Sovet İttifaqı Kommunist partiyası üzvlüyünə namizəd olub. 1949-cu ildə isə İnstitutda oxuyarkən üzvlüyü qəbul olunub. 1950-ci ildə Dövlət bankının Gəncə (Kirovabad) bölməsinin təsərrüfat müdiri vəzifəsini icrası həvalə olunmaqla evlər müdiri vəzifəsinə qəbul edilmişdir.

1952-ci ildə Ümümittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Gəncə vilayət təşkilatının təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilib. Az sonra Gəncə Vilayət Komsomol təşkilatının kadrlar üzrə katibi vəzifəsinə təsdiq edilib (24 yaşında).

1953-cü ildə Əmək Qanunları Məcəlləsinin 47-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilib Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin sərəncamına göndərilib. 1953-cü ildə Zaqatala Maşın Traktor Stansiyası direktorunun siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilmişdir.

1953-cü ildə Azərbaycan Respublikası Kommunist Partiyasının Bərdə rayon komitəsinin ikinci katibi seçilib (25 yaşında).

1960-cı ildə Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Kənd təsərufatı şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilib. 1960-cı ildə Azərbaycan Kommunist Partiyasının Axsu rayon partiya komitəsinin birinci katibi seçilib (32 yaş.) 1962-ci ildə Azərbaycan Kənd Təssərüfatı məhsulları istehsalı və tədarükü Nazirliyinin əmrinə əsasən Kürdəmir məhəlli kolxoz-sovxoz idarəsinin rəisi vəzifəsinə təyin edilib.1967-ci ildə Tovuz rayon kənd təsərrufatı istehsalat idarəsinin rəisi vəzifəsinə təyin edilib.

1971-ci ildə Azərbaycan Respublikası Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsinin birinci katibi seçilib (43 yaşında). 1986-cı ildə Azərbaycan Respublikası Meşə təsərrüfatı Nazirliyinin yanakı istifadə və yardmçı kənd təsərrüfatı şöbəsinin böyük aqranomu vəzifəsinə təyin edilib. 1988-də həmin şöbənin rəis əvəzi vəzifəsinə təyin edilib 1989-da tutduğu vəzifədən azad edilərək müvəqqəti Xırdalan Meşə meliorasiya stansiyasının rəisi vəzifəsinə təyin edilib.

1991-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrufatı və Ərzaq Nazirliyinin "Azərsorttoxum" birliyinin rəisi vəzifəsinə təyin edilib. 1992-də "Azərmeşə" İB meşə yeyinti məhsulları və yardımçı kənd təsərufatı şöbəsinin aparıcı mühəndisi vəzifəsinə təyin edilib

1993-cü ildə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 25 və 26 qurultaylarına nümayəndə seçilmişdir Dəfələrlə Azərbaycan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin qurultaylarına nümayəndə seçilmişdir.

1971-ci Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1976-cı ildə isə Mərkəzi Komitənin üzvü seçilmişdir Bərdə, Kürdəmir,Tovuz, Abşeron rayon Sovetlərinin deputatı seçilmişdir.

  1. V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Layiqli əməyə görə" medalı 1970-ci il
  2. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə " Sücayətli əməyə görə" medalı 1971-ci il
  3. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Qırmızı Əmək bayrağı" ordeni 1973-cü il
  4. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Oktyabr İnqlabı " ordeni 1976-cı il
  5. Azərbaycan Respublikası Rəyasət Heyətinin Fəxri fərmanı 1978-ci il
  6. 1980-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Qızıl Ulduz", "Lenin ordeni" və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı verilməklə "Sosialist əməyi qəhrəmanı" adına layiq görülüb
  7. Xalq təsərrufatının inkişafındakı nailiyətlərinə görə Sovet Sosialist Respublikası İttifaqının Xalq Nailiyyətləri Sərgisininin Baş komitəsi tərəfindən "Qızıl" və "Gümüş" (1974) medalları ilə təltif edilmişdir
  • Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 258.
  1. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-30.