Menşikov sarayı (rus. Меншиковский дворец[1]) – İmperator I Pyotrun yaxın dostu sayılan və Peterburqun ilk qubernatoru Aleksandr Menşikovun sifarişi ilə inşa etdirilmişdi. Saray Peterburqun mərkəzində , Vasilyev adasının Universitet sahil küçəsində yerləşir. Sarayın layihəsi xaricdən dəvət olunmuş memarların - Covanni Maria Fontana və Qotfrid İohann Şedelin birgə səyi nəticəsində işlənilib. Saray "Pyotr barokkosu" üslubunda tikilmişdi və Peterburqun ilk daş binası sayılır.
Menşikov sarayı | |
---|---|
Меншиковский дворец | |
59°56′20″ şm. e. 30°17′45″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Vasilyev adasının Universitet sahil küçəsi |
Aidiyyatı | Ermitaj |
Memar |
Ciovanni Maria Fontana Qotfrid İoann Şedel |
Sifarişçi | Aleksandr Daniloviç Menşikov |
Tikilmə tarixi | 1710—1720 |
Üslubu | Pyotr barokkosu |
Rəsmi sayt | museum.ru/M178 |
İstinad nöm. | 7810176001 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İsveç və Rusiya arasında 1700-1721-ci ildə baş vermiş Şimal müharibəsinin nəticəsində Rusiya İmperiyası Neva çayının mənsəbini öz ərazilərinə daxil edərək Fin körfəzinə çıxış əldə etdi. İşğal edilmiş yeni ərazilərin 11 hisəsi I Pyotrun köməkçisi, istedadlı general Alekandr Menşikova verilmişdi[2]. Bu torpaqların tərkibinə Oranienbaum şəhəri və gələcək Peterburq şəhərində yerləşəcək Dövlət İqamətgahının əraziləri daxil idi[2]
Sarayın tikintisi 1710-cu ildə, memarlar Ciovanni Maria Fontana və Qotfrid İohann Şedelin birgə layihəsi üzrə inşa edilməyə başlamışdı. 1714-cü ilə artıq tikintinin böyük bir hissəsi yerinə yetirilmişdi, lakin daxili interyerin bəzək işləri hələ 1727-ci ilə kimi davam etmişdir.
Əlahəzrət knyazın yeni sarayı gül bağları ilə birlikdə bütün Vasilyev adasının - Kiçik Nevadan Böyük Neva çayları boyunca uzanırdı və beləliklə böyük bir ərazini özündə cəmləyirdi. Sarayın ərazisində hamam, dəmirçixana, un ambarları və çörək sexləri yerləşirdi. Çar I Pyotr buranı Səfir sarayı adlandırırdı və özünün bütün təntənəli bayramlarını burada keçirirdi. Məhz Menşikov sarayında sesareviç Aleksey və alman şəhzadəsi Şarlotta Kristina fon Braunşveiq-Volfenbüttel (pravoslavlığı qəbul etdikdən sonra Nataliya Alekseyevna), həmçinin Pyotrun qardaşı qızı, gələcək İmperatriça Anna İoanovna Kurlyand hersoqu ilə öz toy mərasimlərini keçirmişdilər.
1727-ci ildə knyaz Menşikov dövlətə xəyanətdə və mənimsəmədə ittiham edilərək Beryozova sürgün olunur. Onun sarayı xəzinənin hesabına daxil olur. 1731-ci ildə memar Domeniko Trezini sarayı Quru Şlyaxter qoşunları korpusunun istifadəsinə yararlı hala salmaq məqsədilə yenidən qurur və artıq həmin ilin sonunda, bina və ətrafdakı nəhəng torpaq sahələri kadet korpusunun istifadəsinə verilmişdi. Tezliklə boş torpaq sahələrində yeni bina komplekslərin inşasına başlanılmışdı (Kadet xətti üzrə yerləşən 1,3,5-ci evlər). Daha sonralar Nevaya çıxan sarayın baş fasadı dəyişdirilərək daha sadə görünüş alır. Davamlı yenidənqurma işlərin nəticəsində, sarayın mansardlı dam örtüyünün yerinə ikiqatlı dam, heykəlli mərkəzi attikin yerinə isə soğanvari fronton quraşdırılmışdı. Kadet Korpusunun ehtiyacları üçün sarayın yenidən qurulması işlərində İvan Starov, Vasili Bajenov və Yuri Felten kimi istedadlı memarlar cəlb olunmuşdu.
Binanın ilk elmi bərpa olunması XIX əsrin sonunda həyata keçirilmişdi. Lakin sarayın yenidən ilkin görünüşu uğrunda aparılan əsl restavrasiya işləri 1966-cı ildə, A.E.Hessenin rəhbərliyi altında yerinə yetirilmişdi. Görülmüş işlərin çoxuna baxmayaraq, sarayda bərpa işləri hələ də davam edir. Sarayın interyerləri içərisində ən çox Qozlu kabinet, qəbul otaqların mükəmməl anfiladası, XVII əsr şpalerlərin saxlandığı Böyük palata daha çox diqqəti cəlb edir. Sovet dövründə saray kompleksində Engels adına Hərbi-Siyasi məktəb yerləşirdi. 1966-cı ildə sarayın ilkin görünüşü qaytarmaq barədə yeni qanun qəbul edilmişdi. Restavrasiya işləri 1981-ci ildə başa çatmışdı. Menşikov sarayı Dövlət Ermitajının filialına çevrilmişdi. O vaxtdan bəri sarayda Pyotr dövrünə aid rus sənət və mədəniyyət tarixini özündə əks etdirən müxtəlif eksponatlar qorunub saxlanılır. Hazırda Menşikov mülkündən yalnız saray günümüzə kimi saxlanılmışdı.
Sarayın daxili bəzək işləri bahalı və qabaqcıl materiallardan hazırlanmışdı, onların bəziləri xaricdən gətirilmiş, qalanı isə rus sənətkarları tərəfindən hazırlanmışdı. Əsas vestibülün "seniləri" öz zərif görünüşü və təntənəliyi ilə fərqlənirdi. Pyotrun zamanında sarayın birinci mərtəbəsində müxtəlif emalatxanalar və bəzi xidməti otaqlar fəaliyyət göstərirdi. İkinci mərtəbədə knyaz ailəsinin şəxsi otaqları yerləşirdi. Dəbdəbəli yataq və yemək otaqlarından əlavə, sarayda təntənəli zallar, qalereyalar və anfiladalar yerləşirdi.
Saray özündə Pyotr barokko üslubunun bariz nümunəsi sayılır. Binanın baş fasadı daş kapitelli pilyastra və attik ilə effektli şəkildə vurğulanmış, künc rizalitləri isə təmtəraqlı fronton və qızıl suyuna çəkilmiş knyaz tacı və venzel naxışları ilə bəzədilmişdi. Saray hündür hollandb üslublu çardaqlı mansard ilə tamamlanır. Sarayın baş giriş hissəsinə məharətli şəkildə daş və ya mərməri təqlid edən taxta sütunlarla bəzədilmiş portikə əsas aksent vurulub. Portik üzərində - hər il Neva çayı ilə gəmilərlə qonaq gələn insaları qarşılamaq üçün orkestr-locia inşa edilmişdi. İki mərtəbəli yan qanadların (fligellərin) tikintisindən sonra, saray planda qapalı dördbucaq formasında salınır.