Menthella

Nanə (lat. Mentha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Nanə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir.

İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Qaz sökdürücüdür. Bağırsaq qurdlarını salmağa köməkçi olur. Xoraya və mədə yanmasına yaxşı gəlir. Qusmağı, ürək bulanmasını və ağrısını önləyir. Qrip, bronxit kimi soyuqdəymədə və öskürəkdə faydalıdır. Diş ağrısını və ağız qoxusunu aradan qaldırır. Ana südünü artırır. Əsəbi iqtidarsızlığa yaxşı təsir edir.

Nanə salat və yeməklərə gözəl qoxusu və fərqli dadıyla ayrı bir ləzzət qatmaq üçün quru ya da təzə olaraq qatıla bilər. Ayrıca, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməklərdən sonra içilə bilər. Nanədən əldə edilən nanə yağı da müxtəlif məqsədlərlə istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı sakitlik verir. Soyuqdəyməni və ürək bulanmasını aradan qaldırır. Həzmi asanlaşdırır və bağırsaqdakı qazları sökür. Nanə suyuna bir miqdar sirkə qatılıb içilsə iç qanamaları dayandırmağa köməkçi olur. Nanənin sakitləşdirici təsiri nanə yağı üçün də etibarlıdır. Nanə yağı dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişlikləri endirmədə təsirlidir. Nanə qaynadılıb buxarı iylənilsə tənəffüs yollarını açır və soyuqdəyməyə yaxşı təsir edir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Yarpaqlarında efir yağlarının miqdarı 2,7%, çiçəklərində 6% qədər, gövdəsində isə 0,3% olur. Karotin (40mq%), ursol və olein turşuları, triterpenlər, puleqon, fitonsidlər, hesperidin, flavonoidlər və betain maddələri vardır. Yarpaqlarının tərkibində mentol çoxdur.

Xüsusi aromat iyli olmasına səbəb tərkibində efir yağlarının, xüsusən mentolun olması ilə bağlıdır. Bu yerli keyləşdirmə, srazmolotik, ağrıkəsici və antiseptik təsirə malik olmaqla, kaponar damarları reflektoru surətdə genişləndirir. Olimetin (Olimetinum), enatin (Enatinum), şam «Anestezol», validol, Zelenin damcısı və mentol tərkibli digər dərmanlar hazırlanır. Məhlulu (1:20) ağrıkəsici dərman kimi tətbiq edilir. Nanəli su və miksturası xoş rayihəsi ilə seçilir. Təzə yığılmış yarpaqlarının tərkibində spazmolotik, sakitləşdirici, ağrıkəsici, antiseptik maddə kimi həb, diş damcısı, pasta, kompleks preparat olan karvalol, valokardin və milokardin preparatlarının tərkibində vardır.

Nanə spazmolotik, ağrıkəsici, antiseptik, ödqovucu və yelqovucu xüsusiyyətə malikdir. Ürək-damar sistemini stimullaşdırıcı, ağrıkəsici (xüsusən baş ağrıları) olduğu üçün hipertoniya xəstəliyi, stenokardiya, revmatizm, diş ağrısı və ateroskleroz xəstəliyinin müalicəsində istifadə edilir. Yuxarı tənəffüs yolları - bronxial astma və bronxoektaziya xəstəliklərinin müalicəsi üçün məsləhət görülür. Öd yolları və bağırsağın diskenziyasında yaxşı effekt verir. Həzmi və iştahı artırır. Qastrit, xora xəstəliyi, kolit, enterkolit, meteorizm, təngnəfəslik, qusma və ishal xəstəlikliyində tətbiq edilir. Öddaşı, hepatit və xolesistit xəstəliklərində bitki çaylarının tərkibinə daxil edilmişdir. Yarpızı fasiləsiz qəbul etmək orqanizmi möhkəmləndirici, sakitləşdirici kimi isteriya, halsızlıq, miqren xəstəliklərinə müsbət təsir etməklə yanaşı, həm də diuretik təsir göstərir. Xoş ətirli və dadlı olduğundan əksər dərman bitkilərinin qarışıqlarına daxil edilir. Xaricə vanna kimi tətbiq edilir. Bu tətbiq damcı, mikustura, həb (validol) və karandaş şəklindədir. Yarpaqlarının tərkibində mentol olduğundan stenokardiya, mədə və bağırsaq sancılarında istifadə edilir. Xaricə nevralgiya, diş ağrılarında, antiseptik, ağrıkəsici və iltihabi xüsusiyyətinə görə bronxit və bronxoektaziya xəstəliklərdə məsləhət görülür. Mentolun valerianla qarışığı – validol, parafinlə  qarışığı – karandaş şəklində miqrendə, Zeleninlə valokardin kimi istifadə edilir. Bundan başqa yarpaqları iştahın artırılmasında, tənğnəfəslik və qusmalarda tətbiq edilir. Alman həkimləri mədə xəstəlikləri, meteorizmdə, Avstriya və Bolqar həkimləri yarpaqlarının dəmləmə, bişirmə və yağından mədə-bağırsaq spazmında, meteorizmdə, ishalda, təngnəfəslik və qusmalarda öd, qaraciyər xəstəliklərində (daş, sarılıq, böyrək sancıları) və baş ağrılarında təyinini məsləhət görürlər. Vannalarının qəbul edilməsini də lazım bilirlər. Təzə və qurumuş yarpaqlarının sup, salat, tərəvəz və ət məhsulları ilə birlikdə qəbul edilməsi də məsləhətdir. Çayların tərkibində ödqovucu, tərqovucu kimi, qida, konditer və parfümeriya sənayesində diş məcunu və tozlarının hazırlanmasında geniş istifadə edilir. 2 xörək qaşığı bitkini 2 stəkan qaynar suda dəmləyərək (termosda) gündə 3 dəfə hər dəfə yeməkdən 30 dəqiqə əvvəl içmək lazımdır (sutqalıq doza). Nanə yağı (Oleum Menthae piperitae). Tərkibində 50% mentol diş praktikasında 1-3 damcı, mentol (Mentholum) isə dəri səpkilərində və mialgiyada işlədilir.

Tərkibində efir yağı 4%, menton, pinen, limonen, puleqon, mentofuran, sirkə və valerian turşusunun mentol efiri vardır. Bundan başqa tərkibi karotinoidlər və flavonoidlərdən ibarətdir. Ümumi külün miqdarı 14%, qaralmış kök, gövdə, yarpaq və xarab olmuş nişasta tərkibli hissəciklər 5%, üzvi maddələr 1%, mineral maddələr isə 1%-dən çox deyildir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Audibertia Benth.
  • Menthella Pérard
  • Minthe St.-Lag.
  • Preslia Opiz
  • Pulegium Mill.