Meqazəlzələ

Meqazəlzələyer qabığının plitələri arasında, zonanın bir tektonik plitəsinin digəri ilə toqquşması zamanı çökmüş plitə sərhədlərində (konvergent sərhədlərində) subduksiya zonalarında baş verən zəlzələdir. Bu tip zəlzələ Yer planetində baş verən ən güclü zəlzələdir, maqnitudası 9,0-dan yuxarıdır. Heç bir başqa məlum aktiv fəaliyyət növü bu miqyasda təsvir edilmir.

Yer qabığın qırılmalarında plitənin bir hissəsi digərinə nisbətən yuxarıya doğru hərəkət edir və təkan kimi adlanan hərəkət növüdür. "Meqatəkan" termininin ümumi qəbul edilmiş mənası yoxdur, lakin plitələrin bir-birinə qarşı son dərəcə nəhəng üstəgəlməsini təsvir etmək üçün istifadə olunur.[1]

Ən böyük subduksiya zonası SakitHind okeanlarına aiddir və Sakit Okean Qurşağının vulkanik fəaliyyəti ilə bağlıdır. Bu zonada baş verən zəlzələlər okean dibini deformasiyaya uğratdığı üçün əksər hallarda sunami ilə nəticələnir. Onların bir neçə dəqiqəyə qədər müəyyən müddət ərzində güclü titrəyişlərlə müşayiət olunduğu məlumdur.

20-ci əsrin əvvəllərindən başlayaraq ən güclü zəlzələlər

[redaktə | mənbəni redaktə et]
Ən güclü zəlzələlərin cədvəli
Ərazi Tarix Maqnituda Koordinatlar
1. Çili 22 may 1960 9.5 −38,24/-73,05
2. Şahzadə Uilyam Boğazı, Alyaska, ABŞ 28 mart 1964 9.2 61,02/-147,65
3. Cənubi Sumatranın qərb sahillərində 26 dekabr 2004 9.1 3,30/95,78
4. Kamçatka 4 noyabr 1952 9.0 52,76/160,06
5. Yaponiya 11 mart 2011 9.0
6. Ekvador sahillərində 31 yanvar 1906 8.8 1,0/-81,5
7. Ret adaları, Alyaska, ABŞ 13 oktyabr 1963 8.7 51,21/178,50
8. Cənubi Sumatra, İndoneziya 28 mart 2005 8.6 2,08/97,01
9. Andrean adaları, Alyaska, ABŞ 4 fevral 1965 8.6 51,56/-175,39
10. Assam, Tibet 15 avqust 1950 8.6 28,5/96,5
11. Kuril adaları 13 oktyabr 1963 8.5 44,9/149,6
12. Banda dənizi, İndoneziya 1 fevral 1938 8.5 −5,05/131,62
13. Kamçatka 3 fevral 1923 8.5 54,0/161,0
  1. "Giant Megathrust Earthquakes". web.archive.org. (#archive_missing_date) tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]