Meral Akşenər

Meral Akşenər (8 iyul 1956[2], İzmit[2]) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu və ilk sədri (2017–2024). O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür.

Meral Akşenər
türk. Meral Akşener
25 oktyabr 2017 – 27 aprel 2024
(ləqəbi: Meral Mommy[1])
Əvvəlkivəzifə təsis edildi.
SonrakıMüsavat Dərvişoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 8 iyul 1956(1956-07-08)[2] (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Tahir Ömər bəy
Anası Sidiqə xanım
Həyat yoldaşı Tuncər Akşenər
Uşağı Fateh Akşenər
Dini islam

İmzanın şəkli
meralaksener.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur.

Həyatının erkən dövrü və karyerası

[redaktə | mənbəni redaktə et]

Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır. Mərmərə Universiteti Sosial Elmlər İnistitutunda magistr və doktarantura təhsili almışdır. Kocaeli Universitetində İnqilab Tarixi bölmə rəhbərliyini etmişdir. Şübeydə xanım şəhid ailələri vəqfinin qurmuş və rəhbərliyini etmişdir.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Böyük qardaşının MHP Kocaeli bölgə başqanı olması səbəbilə lisey və universitet həyatında ülkücü mübarizədə yer almışdır. Eyni zamanda partiya siyasətiylə də bu müddət ərzində maraqlanmışdır.

Doğru Yol Partiyası

[redaktə | mənbəni redaktə et]

1994-cü il yerli seçkilərdə Doğru Yol Partiyasından Kocaeli bələdiyyə başqanlığına namizəd olmuşdur.[5]

1995-ci ildə Doğru Yol Partiyası Qadın Qolları Başqanı olan Meral Akşenər ilk dəfə 1995-ci ildə Türkiyə seçkilərində DYP Kocaeli millətvəkili olaraq məclisə girmişdir. Nəcməddin Erbakan rəhbərliyində 28 iyun 1996-cı il tarixində Rəfah partiyası və DYP koalisiyasının yaratdığı 54-cü Türkiyə hökumətindən, 3 noyabr 1996-cı il tarixində Susurluq qəzasından sonra Daxili İşlər Nazirliyindən istefa verən Mehmet Ağarın yerinə daxili işlər naziri oldu. Türkiyə tarixində ilk qadın daxili işlər naziridir. Koalisyon hökumətin dağılması ilə 1997-ci il 30 iyunda vəzifəsi sona çatdı.

1999-cu ildə Türkiyə seçkilərində DYP İstanbul millətvəkili olaraq təkrar TBMM-ə girməyi bacardı. 2002-ci il seçkilərində isə DYP 9, 54 faiz səs toplayaraq minimum limiti keçə bilmədi.[6]

Ədalət və İnkişaf Partiyası

[redaktə | mənbəni redaktə et]

4 iyul 2001-ci ildə DYP-dən istefa edərək, Fəzilət Partiyasından qopan Abdullah Gül ilə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyini etdiyi "yenilikçi" qanad olaraq adlandırılan qrupa qatıldığını Abdullah Gül və dostlarının iş ofisi olaraq istifadə etdiyi Siyasi Araşdırmalar Mərkəzində mətbuat toplantısı ilə elan etdi.[7] Ancaq bir müddət sonra "Milli Görüş xəttini davam etdirirlər" deyərək, xəyal qırıqlığı yaşadığını bildirdi. Beləliklə də 2001-ci il 3 noyabrda MHP-yə qatıldı.

Milliyətçi Hərəkat Partiyası

[redaktə | mənbəni redaktə et]

2001-ci ildə MHP-yə qatılan Meral Akşenər, 2007-ci il Türkiyə seçkilərində MHP İstanbul millətvəkili olaraq məclisə girdi. Bu müddət ərzində MHP rəhbəri Dövlət Baxçalıya siyasi işlər üzrə baş müşavirlik etdi. 2004-cü ildə MHP-dən İstanbul bələdiyyə başqanlığına namizəd oldu. Ən son 1968-ci ildə Cümhuriyyət Xalq Partiyasından TBMM başqan vəkili seçilən Muş millətvəkili Xeyriyyə Ayşe Nərmin Neftçidən sonra 10 avqust 2007 tarixində Güldal Mumcu ilə birlikdə TBMM başqan vəkilliyi vəzifəsinə seçildi. TBMM-də Türkiyə-Çin Parlamentlərarası Dostluq Qrupunun üzvlüyündə olmuşdur. 2011 və iyun 2015 seçkilərində təkrar MHP İstanbul millətvəkili olaraq məclisə girməyi bacarmışdır. Lakin Dövlət Baxçalı ilə olan problemlərə görə 2015-ci il noyabr seçkilərində partiyasından namizəd göstərilməmişdir.

2015 noyabr seçkilərində MHP-nin səs itirərək, təmsil olunan IV partiya olmasından sonra etdiyi mətbuat toplantısında qurultay tələb etmişdir. MHP fövqaladə konqresi üçün Meral Akşenər başqanlığa namizəd olmuşdur. Konqres üçün 15 mayın müəyyən edildiyi açıqlandı. MHP Mərkəzi Komitəsi isə bu qərarı tanımadıqlarını elan etdilər. 8 sentyabr 2016-cı il tarixində partiyadan ixrac edildi.

2017-ci il 25 oktyabrda partiyanın qurulduğu elan edilmişdir. Rəhbər kimi isə Meral Akşenər seçilmişdir.

Akşenər, 2018-ci il Türkiyə prezidentlik seçimində prezident namizədi olmaq üçün 2 may 2018-ci ildə YSK-yə müraciət etdi və seçiçilərin namizəd təklifində ola bildiyi ilk gün olan 4 mayda lazım olan 100.000 imzaya çataraq, namizəd olmağa haqq qazandı.[8][9]

  1. "Arxivlənmiş surət". 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
  2. 1 2 3 4 http://www.hurriyet.com.tr/haberleri/meral-aksener.
  3. 1 2 https://onedio.com/haber/iyi-parti-genel-baskani-meral-aksener-kimdir-kac-yasinda-meral-aksener-in-egitimi-ne-1069460.
  4. "Meral AKŞENER". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  5. "Meral Akşener". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  6. "Meral Akşener Biyografisi". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  7. "Yenilikçilere katıldı". 2016-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-11.
  8. "İYİ Parti lideri Meral Akşener cumhurbaşkanı adaylığı için YSKya başvurdu". 2018-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  9. "Meral Akşener 100 bin imzayı 4 saatte topladı". 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]