Meral Danış Beştaş

Meral Danış Beştaş (5 aprel 1967, Mazıdağı[d], Mardin ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]

Meral Danış Beştaş
türk. Meral Danış Beştaş
Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
23 iyun 2015-ci ildən
Seçki dairəsiiyun, 2015Adana
noyabr, 2015Adana
2018Siirt
2023Ərzurum
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1967(1967-04-05) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
  • Dicle Universiteti[d]
Fəaliyyəti siyasətçi

Meral Danış Beştaş 5 aprel 1967-ci ildə Mardin ilinin Mazıdağı ilçəsində anadan olub. 1990-cı ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub.[1]

Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. Diyarbəkir Vəkillər Kollegiyası İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. İnsan Hüquqları Dərnəyinin üzvü olub.[1]

1999-cu ildə Almaniyanın Weimar İnsan Hüquqları Ödülünə layiq görülüb. Dəfələrlə platformalarda və tədbirlərdə insan hüquqlarıqadın hüquqları mövzularında məruzələrlə çıxış edib.[1]

HDP həmsədrinin müavini, HDP Hüquq və İnsan Haqları Komissiyasının sədri olub.[1]

30 yanvar 2017-ci ildə Kobani hadisələrinə görə HDP İdarə Heyətinə qarşı açılan istintaq çərçivəsində saxlanılıb və "silahlı terror qrupuna üzv olmaq" iddiası ilə həbs edilib. 2017-ci il aprelin 22-də baş tutan iclasda o, azadlığa buraxılıb.

İyun 2015 və noyabr 2015-ci ildə Adana ilindən, 2018-ci ildə Siirt ilindən, 2023-cü ildə isə Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.[1] 26-cı çağırışda TBMM Konstitusiya Komissiyasının üzvü və HDP TBMM qrupunun sədr müavini, 27-ci çağırışda TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü və HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.

Kürdcəingiliscə bilir. Evli və 2 uşaq anasıdır.[1]

  1. 1 2 3 4 5 6 7 TBMM. "Meral DANIŞ BEŞTAŞ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.