Meri Kuant

Meri Kuant (ing. Mary Quant; 11 fevral 1930[1][2][…], Blekhit[d], Birləşmiş Krallıq[4]13 aprel 2023[3][4], Farli Qrin[d], Birləşmiş Krallıq[3]) — Böyük Britaniya dizayneri. O, 1960-cı illərdə Londonda yerləşən Mod və gənclərin moda hərəkatlarında populyar fiqur oldu. O, mini yubkanın məşhurlaşmasında rol oynayan dizaynerlərdən biri idi.

Meri Kuant
ing. Dame Barbara Mary Quant
Doğum tarixi 11 fevral 1930(1930-02-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 aprel 2023(2023-04-13)[3][4] (93 yaşında)
Vəfat yeri
Təhsili
  • Goldsmiths, University of London[d] (–1955)[4]
Fəaliyyəti dəb dizayneri
maryquant.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meri Kuant 11 fevral 1934-cü ildə Woolwich, Londonda müəllim ailəsində anadan olmuşdur. Gələcək dünya şöhrətli dizaynerin həyatı o vaxtkı nəslin insanlarının həyatı kimi idi. O özü sonralar yazırdı ki, onun həyatının birinci yaddaqalan xatirələri müharibə zamanı evakuasiya ilə bağlı idi. Merinin Kentdən olan ailəsi İngiltərənin Şərq sahillərindəki bir kəndə köçür, bədbəxtlikdən Londonu bombardman etməyə gedən alman təyyarələri bu kənd üzərindən keçmişdir.

1951-ci ildə Meri orta məktəbi bitirdikdən sonra valideynləri ona təhsilini davam etməyi və karyera barədə fikirləşməyi təklif etdilər. Məsuliyyətli müəllimlər Meriyə yaxşı bir sənət seçməyi məsləhət gördülər, amma o, London incəsənət məktəbinə daxil oldu-GoldSmiths" College of Art. Valideynləri yalnız Merinin zərgərlər üçün təqaüdü udmağa müvəffəq olduqdan sonra bu addıma razılıq verdilər. Məhz bu kollec və burdakı əhatə dairəsi Meri Kuantın gələcəkdə inqilabi dəb yeniliklərini yaratmağa kömək etdi və bu istiqamətdəki baxışlarını müəyyən dərəcədə formalaşdırdı. Kollecdəki ən yaxın dostu və gələcək həyat yoldaşı Meriyə çox böyük təsir etdi. O Aleksandr Planket Qrinn idi.

Berford hersoqunun qohumu olan Qrin özü və onun dostları həmişə əyləncə axtarışında idilər. Eyni zamanda onlar çox savadlı idilər.

Məhz onlar Meriyə həyatdan zövq almağı öyrətdilər, çünki Merinin ailəsində başqa mənəvi qaydalar hökm sürürdü, tüfeyli həyat isə böyük günah hesab olunurdu. Meri Kuant kolleci bitirib diplom ala bilmədi. O, modistkanın yanında işə düzəldi, aldığı məvacib isə çox az idi, heç yeməyinə belə pul çatdıra bilmirdi. Aleksandr Qrin 21-ci doğum günündə 5000 funt pul miras aldı. Qrin və Kuanta onların dostu Archie McNair də qoşuldu; onlar gecə klubu və varlı London kvartalı olan Çelsidə bir binada butik açmağa qərar verdilər. Onların heç birinin biznes qayda-qanunlarından başı çıxmırdı, halbuki Meri həmişə deyirdi ki, qaydalar tənbəl insanlar üçün yaradılıb, onlar özləri nəyi isə düşünmək istəmirlər. Mağaza açılan zaman Merinin hələ yenicə 20 yaşı tamam olmuşdu. Lazım olan geyimləri Meri çox çətinliklə axtarıb tapırdı. Həm də partnyorların həmişə pulu olmurdu, çünki mağazadakı paltarlar çox aşağı qiymətə satılırdı və bu da onlara heç bir gəlir gətirmirdi. Buna görə də Meri Kuant öz mənzilinə tikiş maşınları yerləşdirdi, kömək üçün dərzi tutdu və gecələr mağazasına lazım olan paltarları tikməyə başladı.

1955-ci ildə Qrin və Kuant öz mağazalarının prezentasiyasını etməyə qərar verdilər. Əgər "Harpers Bazaar" jurnalı mağazada olan iki dəlisov pijamanı qeyd edib jurnalda yerləşdirməsəydi, Qrin və Kuantın bu fikirləri tamamilə alt-üst olardı. Kuantın mini ətəkləri dünya şöhrəti qazandı. Qısa ətəklər görkəmin əsası və mərkəzi olmağa başladı. Yaponiyada Kuantın 200-dən çox mağazası açılmışdır, hələ də burda onun geyimləri və əşyaları böyük uğurla istifadə edilir. Onun biznesi hər şeyi əhatə etməklə genişlənir-xalça istehsalından çimərlik geyimləri və oyuncaqlara qədər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]