Merkalli şkalası — zəlzələ nəticəsində yaranan Yer titrəyişlərinin intensivliyini qiymətləndirmək üçün istifadə edilən seysmik şkala. 1902-ci ildə amerikalı Cüzeppe Merkallinin "Merkalli intensivlik şkalası" əsasında hazırlanmış "Modifikasiya olunmuş Merkalli şkalası (MMİ)"adlanır.
Zəlzələ - zəlzələ nəticəsində yaranan seysmik enerjidən qaynaqlansa da, enerjinin nə qədər seysmik dalğa kimi yayıldığına görə fərqlənir. XIX əsrin sonlarından başlayaraq İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası italiyalı Mişel Stefano Konte de Rossi və isveçrəli Fransua-Alfons Forel tərəfindən hazırlanmışdır. Rossi-Forel (RF) şkalasına görə, seysmik titrəyişlər intensivliklərinə görə 10 dərəcəyə bölünürdülər Daha sonra İtalyan vulkanoloqu Cüzeppe Merkalli 1902-ci ildə "Rossi-Forel şkala"sını təkmilləşdirərək 12 ballıq-Modifikasiya edilmiş Merkalli intensivlik şkalasını tərtib edir. Merkalli intensivlik şkalası 10 ballıq "Rossi-Forel şkalası"nı qoruyub saxlayır, hər dərəcənin təsvirini genişləndirir. Merkalli şkalası İtaliyanın Meteorologiya və Geodinamika Mərkəzi İdarəsi tərəfindən qəbul edilir. 1931-ci ildə amerikalı alimlər Q.Vud və F.Nyumen, 1956-cı ildə isə Çarlz Fransis Rixter şkalaya müəyyən dəyişikliklər etmişlər və hazırda bu şkala «Modifikasiya olunmuş Merkallı şkalası (MMI)» adlanır. XX əsrin əvvəllərinə qədər baş vermiş zəlzələləri episentr zonasında "Rossi-Forel şkalası", "Merkalli şkalası" və digər analoji şkalalar üzrə təyin edilən intensivliklərinə görə bir-biri ilə müqayisə edirdilər. Lakin hətta alınan məlumatlar dəqiq olduqda belə tədqiqat zonasında qruntların müxtəlifliyi, ocağın dərinliyinin təsiri və digər nəzərə alınması çətin olan amillər metodun xətalara malik olmasını şərtləndirirlər. Bundan əlavə, zəlzələ əhali yaşamayan ərazilərdə və ya dəniz və okeanlarda baş verdikdə belə şkalalar da rolunu itirir və zəlzələnin intensivliyini də qiymətləndirmək mümkün olmur. Bütün bunları nəzərə alaraq Çarlz Fransis Rixter yalnız zəlzələnin başlanğıc enerjisindən asılı olan və seysmoqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən yeni bir «maqnituda» şkalası tərtib etdi. Müəllifin əsas məqsədi fərdi qiymətləndirmə və təsadüfi hallardan əmələ gələn xətalardan azad, bilavasitə seysmik cihazların göstəricilərinə əsaslanaraq güclü, orta güclü və zəif zəl¬zələləri fərqləndirmək olmuşdur.[1]
l. | İnsanlar tərəfindən hiss olunmur. |
---|---|
II. | Binaların yuxarı mərtəbələrində sakit mühitdə hiss olunur. |
III. | İçəridə hiss olunur; sanki pəncərələrin altından yüngül maşın keçir. Asılan əşyalar yellənir. |
IV. | Sanki ağır yük maşını keçir; pəncərə şüşələri və qab-qacaq cingildəyir, qapılar cırıldayır. |
V. | Küçədə hiss olunur; insanlar oyanır, qablardan maye tökülür. |
VI. | Hər kəs tərəfindən hiss olunur; qorxmuş insanlar küçəyə qaçırlar; çatlamış gips və kərpic işləri; mebelin dəyişdirilməsi və dəyişdirilməsi; pəncərə şüşələri qırılır. |
VII. | Hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən hiss olunur; gips çökür, kərpic, keramik plitələr düşür və s.;Su obyektlərinin səthində dalğalar əmələ gəlir. |
VIII. | Maşın sürməkdə çətinlik yaranır; binalarda suvaq düşür, bəzi kərpic divarlar, bacalar, qüllələr, abidələr uçur; ağac budaqları qırılır; yaş torpaqda çatlar əmələ gəlir. |
IX. | Ümumi çaxnaşma; binaların çərçivələri və yeraltı borular partladı; yerdə əhəmiyyətli çatlar və qum huniləri əmələ gəlir. |
X. | Çərçivə konstruksiyalarının və təməllərin kərpic işlərinin əksəriyyəti çökür; bəndlərə və bəndlərə ciddi ziyan; körpülər dağılır; güclü sürüşmələr. |
XI. | Dəmir yollarının ciddi deformasiyası; yeraltı boru xətləri tamamilə sıradan çıxıb. |
XII. | Demək olar ki, hər yer tam məhv olur; üfüq xəttinin pozulması; obyektlər havaya uçur. |