Messi (puma)

Messi (rus. Месси; d. 30 oktyabr 2015) – InstagramYoutube platformalarında məşhur olan ev puması. Aleksandr və Mariya Dmitriyev cütlüyü tərəfindən saxlanılır. Onlar Messinin 2016-cı ildə yerli zooparkdan qəbul etmişdirlər. Hazırda isə cütlük Messi ilə birlikdə Rusiyanın Penza şəhərində yerləşən ikimərtəbəli böyük evdə yaşayırlar.

Messi
Məlumatlar
Növü Puma concolor
Cinsiyyəti erkək
Doğum tarixi 30 oktyabr 2015
Doğum yeri Saransk
Tanınmış rolu model, ev heyvanı, internet məşhuru
Fəaliyyət illəri 2017 – hazırda
Sahibi Aleksandr Dmitriyev, Mariya Dmitriyeva
Saxlandığı yer Penza, Penza vilayəti, Rusiya
Balaları yoxdur
Şərəfinə adlandırılıb Lionel Messi

2017-ci ildə Dmitriyev ailəsi Messi üçün Instagram hesabı və Youtube kanalı açmışdır. Tezliklə Messi sosial şəbəkələrdə məşhurlaşmış və böyük izləyici kütləsi toplamışdır.

Messi Rusiyanın Saransk şəhərində yerləşən bir zooparkda doğulmuşdur. O, həmin dövrdə "Barselona" klubunda çıxış edən futbolçuların şərəfinə adlandırılmış və yenicə doğulmuş olan 3 puma balasından biri idi. Belə ki, o, Lionel Messinin şərəfinə adlandırılmışdır.[1] Digər puma balaları isə adlarını SuarezNeymardan götürmüşdür. Puma balalarının futbolçuların şərəfinə adlandırılmasının səbəbi Saransk şəhərinin 2018 FİFA Dünya Kubokuna ev sahibliyi edəcək şəhərlərdən biri olması idi.[2][3][4] Messi üç aylıq olanda onu Penza şəhərində yerləşən bir zooparka satmışdırlar.[5]

Messi digər erkək pumalara nisbətən balaca idi və Rusiya təbiətində yaşamaq üçün adaptasiyaya malik deyildi. Müxtəlif sağlamlıq problemləri olduğu üçün zooparka və ya heyvan sığınacağında yaşaya bilməzdi. Bunlara görə də zoopark işçiləri onu evtanaziya etməyi planlaşdırmışdılar.[6]

2016-cı ildə Aleksandr və Mariya Dmitriyev Penza zooparkını ziyarət etmiş və ilk dəfə Messi ilə tanış olmuşdular.[7][8] Cütlüyün Kira adlı sfinks pişiyi olsa da, Aleksandr həmişə böyük pişik saxlamaq istəyirdi və zooparka Messini almaq üçün böyük məbləğdə pul təklif etmişdir:[9] "Zooparka getdik və Messini almaq üçün danışıqlara başladıq. Onlar razılaşanda biz özümüz də təəccübləndik".[1]

Cütlük Messini alanda Penzada yerləşən kiçik studiya mənzilində yaşayırdılar.[5] Mənzilin yarısı Messinin yaşaması üçün modifikasiya edilmişdi.[5] Messi boş butulkalar və toplarla oynamağı sevir.[10] O, çox sakit təbiətə malik puma kimi təsvir olunur; heç vaxt insana və ya başqa heyvana hücum etməyib.[7] Dmitriyev ailəsi bəzən ona "pişik balası" kimi xitab edir.

Ailə Messiyə ev iti kimi davranır. O, yerli it təlimi mərkəzində təlim görmüş, hətta 10 əmr üzrə davranmağı öyrənmişdir.[5][11] Dmitriyevlər Messini gəzdirməyə çıxaranda xaltadan istifadə edirlər.[11]

Messi gündə iki dəfə yedizdirilir.[12] Ona əsasən çiy hind quşu, inək və ya toyuq əti verilir.[7][11] Onun gündəlik yeməyinin məbləği 630 rubla bərabərdir.[7][8] Ailə onu tez-tez hamamda çimizdirir və mütəmadi olaraq dırnaqlarını tutur.[7]

2017-ci ildə Dmitriyevlər ailəsi Messi üçün "I_am_puma" adlı Instagram hesabı və YouTube kanalı açmışdırlar. Bu hesab və kanalda Messinin gündəlik həyatına dair fotolar və videolar paylaşılır. Tezliklə Messi sosial şəbəkələrdə böyük izləyici kütləsi toplamışdır: 2018-ci ilin yanvarında hesabın 150 min izləyicisi olmuş və 50 milyon baxışa çatmışdır.[6]

Hazırda Instagram hesabının 1,8 milyon izləyicisi, YouTube kanalının isə 2,1 milyon abunəçisi var.[7] Sosial şəbəkə hesablarını Mariya idarə edir.[5]

  1. 1 2 "Life on the wild side – Couple bought pet puma from zoo". Caters News Agency (ingilis). 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
  2. "Suarez, Neymar and Messi find a home in Russian zoo". Reuters. 4 December 2015. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  3. de Menezes, Jack. "Lionel Messi, Luis Suarez and Neymar honoured as Russian zoo names puma cubs after Barcelona trio". The Independent. 5 December 2015. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  4. "Meet the 3 years old pumas named 'Messi', 'Neymar' and 'Luis Suárez' in Saransk". Panamá Today. 20 June 2018. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  5. 1 2 3 4 5 Ganguly, Sudipto. "Russia's Messi, a puma - star in his own right". WDEZ. 22 June 2018. 2018-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  6. 1 2 Etemadieh, Arianna. "Meet Messi, The 1st Domesticated Puma. He's Gotten 58 Million Views And Isn't Slowing Down Soon". Animal Channel. 18 January 2018. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  7. 1 2 3 4 5 6 "Couple Says Their Pet Cougar Is Part of Their Family: 'It Was Love at First Sight'". Inside Edition. 20 February 2018. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  8. 1 2 Hooper, Ben. "Russian couple keeping cougar as pet in small apartment". United Press International. 21 February 2018. 2019-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  9. Ganguly, Sudipto. "Russia's Messi, a puma - star in his own right". Reuters (ingilis). 2018-06-22. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
  10. Chorney, Saryn. "Puma Rescued from Russian Zoo Lives Luxurious Life as Insta-Famous House Cat". People. 16 February 2018. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  11. 1 2 3 Brooks, Natasha. "Pet Puma Who Is Trained Like a Dog Is Making Waves on Social Media — Why This Is More Dangerous Than Cute". One Green Planet. 11 January 2018. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  12. Sharma, Ruchira. "This Russian couple's pet cougar has become an internet sensation". International Business Times. 21 February 2018. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]