Puma concolor

Puma (lat. Puma concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin puma cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.

Puma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şimali və Cənubi Amerikada yaşayan puma həmçinin dağ aslanı kimi də tanınır. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir.

Çox geniş bir sahəyə yayılan puma dəyişik habitatlarda çox müxtəlif rənglərə və gövdə quruluşuna malikdir. Amerika qitəsində yaquardan sonra ikinci ən böyük pişik olan puma, pələng, şir və yaquardan sonra dünyanın dördüncü ən böyük pişiyidir. Puma bəbirdən daha böyük olsa da, kükrəyə bilmədiyi üçün böyük pişiklər nəslinə aid edilməyərək panter (Panthera) cinsinə deyil, puma cinsinə təsnif edilir.

Həm pusqu həm də təqib ovunu edə bilən pumanın ovları da olduqca müxtəlifdir. Onların əsas qidası maraldır, amma eyni zamanda böcək, siçan, dovşan, ev pişiyi, it, alpaqa və sürü heyvanlarını da ovlayırlar. Davamlı olaraq saxlanan bir pişik olan puma insanlardan uzaq gəzər, amma çox nadir də olsa insanlara hücum etdiyi məlumdur.

Puma adı Cənubi Amerikanın yerli dillərindən olan keçua dilinə söykənir. Olduğu bölgələrdə çox vaxt başqa adla da xatırlanar. Nahuatl dilində miztli, Tupi-Quarani dilində də suçuarana deyilir. İngiliscə cougar olan və bu dildə qırxa yaxın fərqli ad verilən pumanın, yerli adlarının bir qisimi belə tərcümə edilə bilər: panter, Amerikan şiri, Meksika şiri, Florida panteri, gümüş şir, qırmızı şir, qırmızı panter, qırmızı pələng, qəhvəyi pələng, maral pələngi, qarabasma pişik, dağ qışqırıqçısı, yerli şeytan, hiyləgər pişik, kral pişikboyalı pişik.

Şimali Amerikada xüsusilə Amerika Birləşmiş Ştatlarında mövzu içində yerli növlərdən danışıldığında panter puma mənasında istifadə edilər. Cənubi Amerikada isə panter, yaquarın xallı və qara növləri üçün istifadə edilər.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

ŸPuma əslində şir, pələng kimi böyük pişiklər ilə yaxın qohum olmayıb daha çox kiçik pişiklər sinifinə girsə də, ən böyük pişiklərdən biridir. Çiyin yüksəkliyi 70 santimetr ətrafındadır. Boyu erkəklərdə 130, dişilərdə 110 santimetrə çatır və bunlara 66 ilə 78 santimetr arası uzunluğunda olan bir quyruq əlavə olunur. Erkəkləri 100 kiloqram ağırlığına çatırlar, dişilərinin çəkisi isə istisna hallarda 50 kiloqramdan çox olmur. Ekvator ətrafında yaşayan pumalar, növlərinin ən kiçikləri olub, qütblərə doğru getdikcə ölçüləri artır.

Dəri qatı nazik, tük örtüyü sıx, rəngi isə dəyişkəndir. Sıxlıqla sarımtıl qəhvə rəngi və ya gümüş-boz olurlar. Boyun hissəsi və və sinəsi çox vaxt ağ rəngə çalır. Alt hissədəki tükləri daha açıq rənglidir. Qulaqları kiçikdir və ucları qara tüklərlə örtülmüşdür. Qulaqlarının kiçik olmasına baxmayaraq yaxşı eşidir. Burnu isə qara rəngdədir. Yeni doğulanda ləkəli olub, bu ləkələr puma bir yaşına çatmadan itir. bəbir dəstəsinin nümayəndələrində olduğu kimi melanizm əlaməti göstərmir.

Pumanın ön pəncələrində dörd, arxada isə üç barmağı vardır. Pəncələrinin böyük olması, yerə möhkəm basmasını təmin edir. Buna görə yaxınlaşdığını hiss etmək çətindir [3]. Pəncə dırnaqlarını içəri çəkə bilər. Çox çevikdir və qüvvətli şəkildə sıçraya bilir. Dörd metr yüksəyə və on metrə qədər uzaqlığa sıçraya bilir.

Bu heyvanlar çox geniş şəkildə, cinsiyyətlər arasında fərqlənən səslər çıxararlar. Bununla birlikdə həqiqi böyük pişiklərdən fərqli olaraq bu səslər arasında kükrəmə səsi yoxdur. Truman Everts kimi Şimal Amerikalı tədqiqatçılar Puma qışqırığını insanın səsinə bənzər olaraq tərif etmişlər.

Pumalar vəhşi həyatda 18-20 il yaşadığı halda, onlar nəzarət altında 25 yaşına çata bilərlər.

Məskunlaşdığı sahələr

[redaktə | mənbəni redaktə et]

Pumalar əvvəllər bütün Şimali və Cənubi Amerikada yayılmışdır. Hər iki qitəyə dağılmış olan digər heç bir məməli heyvan ilə müqayisə edilə bilməyəcək geniş bir sahəyə yayılan, yaşayış bölgəsinə sahib idilər. Sahələri, şimalda Kanadadan, Mərkəzi Amerika üzərindən Pataqonyanın cənubuna qədər uzanırdı. Bu gün varlıqları zəifləmiş və insanların az yaşadıqları bölgələrə enmişlər. Pumalar ABŞda hara olmasından asılı olmayaraq məhv edilmə dalğaları nəticəsində, Qayalıq dağlarıında, cənub-qərbin çöl və yarı çöllərində, Floridaın Everqleyds bataqlıqları ətrafında qalmışdılar. Qoruma tədbirləri nəticəsində yayılma sahələrini təkrar genişlənən pumalar, ABŞ-nin qərbindəki bəzi bölgələrdə, şəhərlərə yaxınlaşmaqdan da artıq çəkinmirlər.

Bozqırlar və tropik meşələr, yarı çöllər və yüksək dağlar bu pişiklər üçün habitat meydana gətirər.

Dağ şiri

Pumalar gündüzlər görünsələr də ümumiyyətlə gecə hərəkət edirlər. İsti ya da soyuq hər cür iqlimdə yaşaya bilirlər. Erkək puma dişiyə nisbətən daha uzun məsafə yol gedə bilir. Dişilər 20 mili keçə bilməsələrdə, erkəklər 30 mili qət edə bilər. Ovlanma sahəsi isə geniş olub 100 mil2 qədər çata bilər.[3].

Pumalar ölçülərindən asılı olmayaraq bütün məməli heyvanları ovlayırlar. Maral, ceyran kimi iri heyvanlar ilə birlikdə siçan, sincab, skuns, yenot, samur kimi kiçik heyvanlar menyularını daxil olur. Ayrıca qoyun və gənc inək kimi ev heyvanlarını da ovlaya bilərlər. Bununla birlikdə koyote, vaşaq kimi yırtıcı heyvanlar da pumalar tərəfindən ovlana bilərlər. Məməli heyvanlardan əlavə quş və bəzi bölgələrdə balıq da yeyirlər. Qətiyyən leş yeməyən pumalar, sürünənlərə də toxunmazlar.

Böyük bir heyvanı ovlamaq üçün puma əvvəl yavaşca atılar. Qısa məsafədənsə ovunun kürəyinə atılar. Boyunu qüvvətli bir dişləməklə qıraraq öldürər.

Bala pumalar

Pumalar tək gəzən heyvanlardır. Yalnız noyabr ilə iyun arasında olan cütləşmə zamanında, ən çox 6 gün üçün bir araya gəlirlər. Dişini, balaları doğmaqdan bir neçə həftə əvvəl erkək tərk edir. Hamiləlik təxminən 3 ay davam edir və bir dəfəyə 1-6 arası bala dünyaya gəlir. Çox vaxt isə bu rəqəm iki ilə üç arasında dəyişir. Balaların ağırlığı 230 ilə 450 qram arasında olub, boyları 20- 30 sm qədərdir. Balalar 6-7 həftə sonra bərk qidalar qəbul etməyə başlayırlar və təxminən 20 aydan sonra analarını tərk edirlər.

Pumaların insanlardan başqa çox düşməni yoxdur. Yalnız qurdlar və ayılar zaman-zaman bala və ya xəstə pumaları ovlaya bilərlər. Növ qoruması altında olmasına baxmayaraq bəzi fermerlər sahib olduqları heyvanları qorumaq məqsədiylə pumaları ovlayırlar. Buna baxmayaraq növün bütövlüyü təhlükə altında deyil.

Əlavə oxumalar

[redaktə | mənbəni redaktə et]
  • D. E. Brown, H. G. Shaw: Soul Among Lions: The Cougar As Peaceful Adversary, Univ. of Arizona Press, 2000, ISBN 0-8165-2084-4
  • R. H. Busch: The Cougar Almanac, Lyons & Burford, 1996, ISBN 1-55821-403-8
  • H. P. Danz: Cougar!, Ohio Univ. Press, 1999, ISBN 0-8040-1014-5
  • J. Kobalenko: T. Kitchin, W. Hurst, Forest Cats of North America, Firefly Books, 1997, ISBN 1-55209-172-4
  • R. M. Nowak: Walker's Mammals of the World, Vol. 1, Johns Hopkins University Press, 1999, S. 818f
  • M. Culver, W. E. Johnson, J. Pecon-Slattery, S. J. O'Brien: Genomic ancestry of the American puma (Puma concolor)
  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. 1 2 "kedimveben.com". 2007-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-01-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]