Metro 2033 — Rus yazıçısı Dmitri Qluxovskinin Metro 2033 adlı romanından götürülmüş birinci şəxs atıcı tipində həyatda qalma-qorxu videooyunu. Oyun 4A Games tərəfindan Ukraynada təkmilləşdirilib 2010-cu il mart ayında Microsoft Windows və Xbox 360 platformaları üçün satışa çıxarılıb.[2] 2006-cı il mart ayında 4A Games oyun üçün Qlukovski ilə tərəfdaşlıq edildiyi bəyan edildi.[3] Oyun 2009-ci ildə Leipzigdə reallaşan Games Convention adlı videooyun təşkilatında[4] rəsmi tanıtım filmi ilə birlikdə[5] təqdim edildi. Oyunun ardıcılı olaraq Metro: Last Light 17 may 2013-cü ildə satışa çıxarıldı..[6]. "OyunTərcümə" qrupunun təşəbbüsü ilə oyun Azərbaycan dilində tam tərcümə edilib[7]
Metro 2033 | |
---|---|
Hazırlayan | 4A Games |
Buraxılış tarixi |
PK üçün 16 mart 2010. 18 mart 2010 19 mart 2010 25 iyun 2010 |
Sonuncu versiya | |
Janrlar | birinci şəxs atıcı |
Yaş reytinqləri |
ESRB: M PEGI: 16+ BBFC: 15 OFLC: MA15+ |
Ssenarist | |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows, Xbox 360 |
Mühərriklər | 4A Engine |
Oyun rejimləri | birnəfərli |
İnterfeysin dili | rus dili, ingilis dili, fransız dili |
Daşıyıcılar | DVD |
Sistem tələbləri | 3+ GHz CPU, İntel Pentium 4, 1GB+ ram, DirectX 9.0+ |
İdarəetmə | Qeympad, Klaviatura və Maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun əsas qəhrəmanı Artyom adlı obrazdır. Hadisələri çoxsu qiyamət sonrası Moskvadakı metro sistemində cərəyan edir. Lakin bəzi tapşırıqlar obrazı yer üzünə də çıxarır.
Birinci şəxs atıcı oyunu olaraq Metro 2033-də oyunçuya döyüşlərdə istifadə etmək üçün kimi həm xəyali həm də həqiqi silah növləri təqdim edilir . Döyüşlərdə ya mutantlara ya da düşmən insanlara qarşı döyüşmək lazımdır. Mutantlar silahsız və insanlara daha çox toplu halında fiziki hücum edir, düşmən insanlar isə oyunçunun sahib olduğu silahlarla hücum edə bilər.
Oyun qiyamət sonrası Rusiyada baş verən və həyatda qalmağı bacaran 20 yaşındakı Artyom (rus:Артём) adlı obrazın yaşadığı hadisələr üzrə reallaşır. Oyun başlanğıcında Artyom, Hunter adında bir əsgərdən metronun Qaranlıq Olanlar olaraq xitab edilən canlı tərəfindən təhdit edildiyini öyrənir. Hunter tək başına tunellərə çıxır və çıxmadan əvvəl Artyoma əgər geri qayıtmasam metronun mərkəzi sayılan Polis adlı stansiya gedib olanları araşdırmağı tapşırır. Hunter qayıtmaz və Artyom metro tunellərində təhlükəli və qaranlıq yola başlayır. Yol boyunca zaman-zaman müxtəlif anomaliyalar səbəbi ilə xəyallar görəcək.[8] Artyom, Sovetlər ve Nasistlər tərəfindan işğala uğramış və mutantlar tərəfindən dağıdılmış bir bölgədən keçmək məcburiyyətindədir. Polisdə olanda ona kömək edə biləcəyini söyləyən Miller adında bir Ranger (hərbi birləşmə) ilə tanış olur. Miller, Qara Dərililəri yox etməyə çatacaq atəş gücünə sahib D6 adlı yer altı mərmi anbarının yerini bilir. Artyom, Miller və digər Rangerlər mərmi pult mərkəzini yenidən fəaliyyətə verərlər və Artyom yaxındakı bir binaya rəhbər lazer sistemi quraşdırar. Lazer sistemi qurulduqdan sonra Artyom, Qara Dərililərin ucbatından bir halisünasiya görür.
4A Engine, S.T.A.L.K.E.R. seriyasıda istifadə edilən X-Ray mühərrikinin müəllifləri və GSC Game World keçmiş işçiləri Oles Şiskovtsov və Aleksandr Maksimçuk adlı proqramçılar tərəfindən S.T.A.L.K.E.R.: Shadow of Chernobyl bazara çıxarılmazdan 1 il əvvəl quruldu.[9] Oyun; Xbox 360, PlayStation 3 və Microsoft Windowsda çalışan multi-platformalı 4A Engine mühərrikinin istifadə edir. 4A Engine mühərrikində; Nvidia PhysX dəstəyi, əlavə edilmiş beyin və Xbox 360 üçün yazılma təkmilləşdirməsi funksiyası var.[10]
4A Games announces its scenario, and working on its concept as an integral part of the 4A Games team.
4A Games is ready to announce our first project which will appear on Games Convention in Leipzig! During the Exposition we will have an exclusive showcase of our product, codename "Metro 2033. The Last Refuge".