Mənasız müharibə illərində Livanda yeni həyat tərzi yaranmışdır: nə kapitalist, nə sosialist sisteminə oxşamır. Bu, hərbi həyat tərzidir. Belə bir vaxtda ölümə, qarmaqarışıqlığa meyl nəticəsində livanlıların bütöv bir nəsli müharibə ab-havasında doğulmuş və böyümüşdür. Bu nəsil başqa həyatı təsəvvür etmir. Hər bir bayramda və ya ailə şənliyində xalq çalğı alətlərinin səslərinə avtomat atəşinin səsləri də adi bir şey kimi qarışır.
Meyl | |
---|---|
Janr | dram |
Rejissor | Samir Xabşı |
Ssenari müəllifi | Samir Xabşı |
Baş rollarda |
Fəxrəddin Manafov Liya Seyidova Sabir Sultanov Nuriyyə Əhmədova Larisa Xələfova |
Operator | Qriqori Bulkot |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 35 dəq. |
Ölkələr | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
3 hissə 950 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID11604840 |
Filmdə hərbi həyat tərzində yaşamağa məhkum olmuş livanlılardan bəhs edilir.