Mişel Amandri

Mişel Amandri (fr. Michel Amandry; 1949[1][2][…], Fransa) — fransız numizmat.

Mişel Amandri
fr. Michel Amandry
Doğum tarixi 1949[1][2][…]
Doğum yeri
Vətəndaşlığı Fransa Fransa
Elm sahələri Qədim Romanın pul sistemi və numizmatika
İş yerləri
Üzvlüyü
Mükafatları Knight of the National Order of Merit "Fəxri legion" ordeni kavaleri

Arxeoloq Pyer Amandrinin oğlu Mişel Amandri Strasburq və Parisdə təhsil alıb, 1979-cu ildə Sorbonna Universitetində doktorluq elmi dərəcəsi alıb. 1991-ci ildən 2013-cü ilin sentyabrına qədər o, Fransa Milli Kitabxanasının Sikkələr, medallar və qədim əşyalar Departamentinin Medallar şöbəsinin direktoru olub. O, Parisdəki Praktik Ali Elmlər Məktəbində numizmatika sahəsində pedaqoji fəaliyyətlə məşğul olur.

Onun elmi-tədqiqat fəaliyyəti Roma imperiyasının numizmatikasını əhatə edir.

Mişel Amandri Avstriya Elmlər Akademiyasının[4] və Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü,[5] eləcə də çoxsaylı milli numizmatik cəmiyyətlərin üzvüdür. 2004-cü ildə Hantinqton medalı[de] və Kral Numizmatik Cəmiyyətinin medalı ilə təltif edilmişdir.

2003-2009-cu illərdə Beynəlxalq Numizmatika Şurasının prezidenti olub.[6]

Numizmatik Tədqiqatların ikiillik İcmalının naşiri və həmredaktoru, 2001-ci ildə nəşr olunan Dictionnaire de numismatique-nin redaktoru və həmmüəllifi olub. 2003-cü ildən bir çox numizmatik əsərlərin nəşrində iştirak etmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Trésor trouvé en Macédoine, monnaies impériales grecques, 1978;
  • Le Monnayage de Dymé (Colonia Dumaeorum) en Achaïe, corpus, 1981;
  • Le Monnayage augustéen de Leptis Minor : Byzacène, 1983;
  • Le Monnayage des duovirs corinthiens, 1988;
  • Anatolie antique : fouilles françaises en Turquie, 1990 (dir., catalogue d’expo.);
  • Coinage production and monetary circulation in Roman Cyprus, 1993;
  • The romanization of Hellenistic coinages in the Mediterranean East, 1994;
  • Roman provincial coinage vol. 2, 2001 (в соавторстве с ролях Эндрю Бернеттом и др.);
  • Dictionnaire de numismatique, 2001;
  • A survey of numismatic research : 1996—2001, 2003;
  • A survey of numismatic research : 2002—2007, 2009;
  • Trésors de la Gaule et de l’Afrique du Nord au IVe siècle de notre ère (= Trésors monétaires vol. 23), 2009.
  1. 1 2 Michel Amandry // Persée. 2005.
  2. 1 2 Michel Amandry // Alvin.
  3. 1 2 https://www.oeaw.ac.at/m/amandry-michel.
  4. "Archived copy". 2013-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.
  5. "Archived copy". 2014-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.
  6. "Histoire du CIN" (PDF). 2020-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Arxiv surəti 3 iyun 2021 tarixindən Wayback Machine saytında