Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qurbanov Əsədulla Cuci oğlu (1936, Katex, Balakən rayonu – 18 mart 2024) — Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası "İdeal Sülhün Təbliği Fondu" – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri.
Əsədulla Qurbanov | |
---|---|
Qurbanov Əsədulla Cuci oğlu | |
Doğum tarixi | 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 2024 |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | Fəlsəfə elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Mükafatları |
1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. 1954-cü ildə Katex kənd orta məktəbini bitirmişdir. Həmin il peşə-texniki məktəbini, daha sonra isə Mədəni maarif texnikumunu başa vurmuş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi 1976-cı ildə — fəlsəfə elmlər namizədi 1978-ci ildə — dosent 1992-ci ildə — fəlsəfə elmləri doktoru 2002-ci ildə — professor Namizədlik dissertasiyasının adı "Azərbaycan kəndlisinin şüurunda sekulyarlaşmanın xarakterik xüsusiyyətləri" (Şəki – Zaqatala zonasının materialları əsasında). Doktorluq dissertasiyasının adı "Milli və millətlərarası münasibətlər kontekstində sekulyarlaşmanın xarakterik xüsusiyyətləri" (Azərbaycan Respublikasının materialları əsasında)
1957–1973-cü ilə kimi Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş. 1973–1978-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi. 1978–1984-cü ilə kimi Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent. 1984-cü ildən hal-hazıra kimi Bakı Dövlət Universitetində əvvəlcə dosent, sonra isə professor. 5 monoqrafiya, 10 kitab, 10 nəfər elmlər namizədi, 3 nəfər elmlər doktoru. Din, o cümlədən islam dini, habelə müqəddəs Quran haqqında elmilik, obyektivlik və dünyəvilik baxımından tezislər.
3–4 aprel 2007-ci ildə "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" simpoziumda iştirakı; 2008-ci il 8 iyun "Dinlər arası dialoq" beynəlxalq konfrans; 2008-ci ilin noyabrın 28-də YUNESKO-nun xətti ilə Bakıda keçirilən "Dünya fəlsəfəsi kontekstində islam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri" konfransda iştirakı. Moskva, Bakı, Sankt-Peterburq, Daşkənd, Aşqabad, Rostov, Tbilisi, Bişkek, Mahaçqala şərlərində müxtəlif simpoziumlarda iştirak etmişdir.
Azərbaycanda islamşünaslığın konsepsiyası.