Mir Fəttah Musəvi

Mir Fəttah Mir Əli ağa oğlu Musəvi (1891, Şuşa5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi, Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini.

Mir Fəttah Musəvi
11 iyun 1919 – 5 sentyabr 1919
ƏvvəlkiVəzifə təsis olunub
SonrakıMahmud bəy Səfikürdski
Şəxsi məlumatlar
Doğum tarixi 1891
Doğum yeri
Vəfat tarixi 5 sentyabr 1919(1919-09-05)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti inqilabçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mir Fəttah Musəvi 1891-ci ildə Şuşada kəndli ailəsində anadan olmuşdur. 1906-cı ildə Ağdamda ibtidai məktəbi bitirərək Aşqabada əmisinin yanına getmiş və orada gimnaziyaya daxil olmuşdur. Burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmiş və "Aşqabad" qəzeti ilə əməkdaşlıq etmişdir.[1]

1917-ci ilin yayında Mir Fəttah Musəvi Aşqabaddan Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirmiş, 1918-ci ilin ikinci yarısında isə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olmuşdur. Tez-tez Azərbaycan qəzalarına gedərək fəhlə yığıncaqlarında çıxış etmiş, insanları müsavatçılaradenikinçilərə qarşı mübarizəyə səsləmişdir.[1]

Mir Fəttah Musəvi 1919-cu il aprelin 25-də "Hümmət" təşkilatının konfrasında Mərkəzi Komitənin üzvü və rəyasət heyətinin katibi seçilmişdir. Həmin ilin iyun ayında isə Bakıda denikinçilərə qarşı keçirilmiş mitinqə başçılıq etmişdir.[2]

Mir Fəttah Musəvi Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini olmuş, ölümündən sonra onu bu vəzifədə Mahmud bəy Səfikürdski əvəz etmişdir.[3]

1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus. "Новый свет") restoranında dəmiryol teleqrafxanasının rəisi Hacıbəy Seyidbəyov tərəfindən güllələnmişlər. Nəticədə Levan Qoqoberidze yaralansa da, Haşım Əliyev və Mir Fəttah Musəvi ölmüş və onlar sentyabrın 7-də Fəxri Xiyabanda dəfn olunmuşlar.[4] Onların burada dəfn olunması müasir dövrdə narazılıqlara səbəb olmuşdur.[5]

Ölümündən sonra Bakı küçələrindən birinə Mir Fəttah Musəvinin adı verilmişdir.[1] Müstəqillik dövründən sonra həmin küçənin adı dəyişdirilmiş, Məmmədsadıq Əfəndiyevin adını daşımağa başlamışdır.[6]

  1. 1 2 3 М. Ә. Мусәви // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 110–111.
  2. Мусәви Мирфәттаһ Әли оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 96–97.
  3. Əks-inqilabla mübarizə təşkilatı (ƏMT) // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 31. ISBN 9952-417-44-4.
  4. Манаф Сүлејманов. Ешитдикләрим, охудугларым, ҝөрдүкләрим. Бакы: Азәрнәшр. 1987. səh. 211–212.
  5. Bir başdaşının doğurduğu sual // Azadlıq Radiosu. 16 aprel 2013. 2024–05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  6. Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar. 2006. səh. 320. ISBN 9952-426-12-7.