Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirkazım Kazımov (10 oktyabr 1950, Astraxanbazar rayonu – 17 iyun 2024) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV və V çağırış deputatı, "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri.
Mirkazım Kazımov | |
---|---|
2000 – 2019 | |
Seçki dairəsi | 2000 — 97 saylı Cəlilabad qəsəbə 2005, 2010, 2015 — 68 saylı Cəlilabad qəsəbə |
Əvvəlki | vəzifə təsis edildi. (97 saylı) vəzifə təsis edildi. (68 saylı) |
Sonrakı | vəzifə ləğv edildi. (97 saylı) Elman Nəsirov (68 saylı) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 oktyabr 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyun 2024 (73 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir.
1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.
Mirkazım Kazımov uzun sürən xəstəlik nəticəsində 17 iyun 2024-cü ildə ölmüşdür. O, Cəlilabad rayonu Hasıllı kəndində dəfn olunmuşdur.[1]
Evli idi, 2 övladı var
1994-cü ildən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.[2]
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub