Mirzə Əlməmməd Xəlilov

Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq.

Mirzə Əlməmməd Xəlilov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Fəaliyyəti pedaqoq

Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır.

Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib.

Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov. Uzun bir xatirə. "Dan ulduzu" jurnalı. 1928, № 12) adlı bir ədəbi cəmiyyət yaradılır. Şəhərin tərəqqipərvər, yeni fikirli adamları cəmiyyətin fəaliyyətinə kömək etsələr də, o dövrdə ruhanilər, hökumət məmurları onlara yaxşı münasibət bəsləmirdilər.