Mirzə Haşım bəy Baharlı — ictimai xadim, Mirzə Vəli bəy Baharlının oğlu.
Mirzə Haşım bəy Baharlı | |
---|---|
Mirzə Haşım bəy Mirzə Vəli bəy oğlu Baharlı | |
Doğum adı | Haşım bəy |
Təxəllüsü | Zərrinqələm |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat yeri | Şuşa, Rusiya imperiyası |
Uşaqları | Cabbar bəy və Mina xanım |
Atası | Mirzə Vəli bəy Bayramxan bəy oğlu Baharlı |
Fəaliyyəti | XVIII-XIX əsrlər |
Fəaliyyət illəri | XVIII-XIX əsrlər |
Mirzə Haşım bəy Baharlı Şuşada anadan olmuşdur. O, Mirzə Vəli bəyin böyük oğludur.
Mirzə Haşım bəy Mirzə Vəli bəy oğlu Baharlı XVIII əsrin ortalarında Şuşada anadan olmuşdur.O, ilk təhsilini atasından almış, sonralar xüsusi mədrəsə təhsili görmüşdür. Mədrəsədə təhsil aldığı illərdə Mirzə Haşım bəy şəriət elmlərini öyrənmiş, ərəb, fars dillərini mükəmməl bilmişdir. Onun gözəl əl qabiliyyəti olmuşdur. Qeyri-adi istedadına görə Mirzə Haşım bəyə Zərrinqələm deyilmişdir.
Tarixi qaynaqlarda Mirzə Haşım bəyə dövrünün savadlı insanı deyilir. Bu qaynaqlarda o, hörmətli, xeyirxah şəxs kimi xatırlanır.
Mirzə Haşım bəy və kiçik qardaşı İbrahim bəy atalarının Tehranda faciəli ölümündən sonra Qarabağ xanlığında qulluq etmişlər. Hər iki qardaşın İbrahimxəlil xanın yanında xüsusi hörməti var idi. “Əhvalati-Qarabağ” (transliterasiya edəni Nazim Axundov) əsərində bu barədə yazılmışdır: “.... Mirzə Vəlinin də iki nəfər oğlanların götürüb atalarının yerində təyin edibdir. Biri Mirzə Haşım və birisi İbrahim bəy. Mirzə Haşım atasından artıq sahibi-kamal olmağa görə həmişə iltifatı olurmuş və bu ləqəb ilə adlandırıb Mirzə Haşım Zərrinqələm demişlər. Bunlara güzəran etməkdən ötrü Zəngəzur uyezdində Mehri mahalında neçə para kəndlər vagüzar edib, hansı ki, Baharlı, Qaragözlü və Şapıklı və Çöpədərə neçə ildir, bədbəxtlik olub, dolaşır. Allah haqqa kömək etsin.”
Bəzi tarixi faktları müqayisə edərkən belə qənaətə gəlmək mümkündür ki, Mirzə Haşım bəy XIX əsrin ilk illərində vəfat etmişdir.
30-cu illərdə böhtana salınaraq müəyyən bir müddət həbsxana həyatı yaşamış, Ordubad rus-tatar məktəbinin məzunu Səttar bəy Məhəmməd bəy oğlu Vəliyev, coğrafiya elmləri doktoru, professor Xostan Vəliyev, coğrafiya elmləri doktoru, professor Zahid Məmmədov, yazıçı-jurnalist Məhəmməd Baharlı Mirzə Haşım bəy Baharlının nəslinin layiqli övladlarıdırlar.