Bayramxan bəy Abdulla xan oğlu Baharlı — ictimai xadim, Əlişəkər bəy Baharlının nəslindəndir.[1]
Bayramxan bəy Baharlı | |
---|---|
Bayramxan bəy Abdulla xan oğlu Baharlı | |
Uşaqları |
Vəli bəy Süleyman bəy |
Atası | Abdulla xan Baharlı |
Bayramxan bəy Abdulla xan oğlu Baharlı XVIII əsrdə yaşamışdır. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur.[1]
O, Bayram xan Baharlının kötücəsi, Mirzə Əbdürrəhim xanın nəticəsidir. Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığı zamanında xanlığın hörmətli insanlarından sayılmışdır.[1]
Bayramxan bəy Baharlı xüsusi mədrəsə təhsili görmüş, zəmanəsinin hörmətli insanlarından sayılmışdır. O, Qarabağ xanlığının qurucusu Pənahəli xanın hakimiyyəti illərində xanlığın ictimai-mədəni həyatında yaxından iştirak etmişdir.[1]
Bayramxan bəy Baharlının Vəli bəy adlı oğlu olmuşdur.[1]
Mirzə Haşım bəy Zərrinqələm, İbrahim bəy Baharlı, Mirzə İsmayıl bəy Vəliyev (Baharlı), Mirzə Məmmədhəsən bəy Vəliyev, Məhəmmədəli bəy Vəlizadə, Abdulla bəy Vəlizadə, Nəcəfqulu bəy Vəliyev, Əbülfət bəy Vəli, Məhəmmədhəsən bəy Vəlili-Baharlı , Əliş bəy Vəliyev, Cabbar bəy Vəlibəyov (Baharlı), Zakir Məmmədov (Baharlı), Xosrov Vəliyev, Zahid Məmmədov, Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) və başqaları Bayramxan bəy Baharlının və onun oğlu Mirzə Vəli bəy Baharlının nəslinin layiqli övladlarındandırlar.