Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əlişəkər bəy Baharlı — ilk dəfə Baharlı soyadını daşımış şəxs (XV əsr).[1]
Əlişəkər bəy Baharlı |
---|
Əlişəkər bəy Baharlı Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Borucerd və Nəhavənd hakimi olmuşdur. Əlişəkər bəy Baharlı 1457-ci ildə Mardin döyüşündə Ağqoyunlu Uzun Həsənə əsir düşmüş, bir müddət həbsxana həyatı yaşamalı olmuşdur. Lakin Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın köməyi ilə əsirlikdən azad edilmişdir. Əlişəkər bəy Baharlı yenidən Həmədan hakimi olmuşdur.Farüq Sumər Əlişəkər bəyi Baharlı tayfasının böyük əmirlərindən saymışdır.[1]
Orxan Zakiroğlu (Baharlı) orta əsrlərə aid mənbələrə istinadən yazır ki, Əlişəkər bəyin dörd oğlu və iki qızı olmuşdur. Mənbələrdə onun Məhəmməd bəy, Pirəli bəy, Yarəli bəy, Bayram bəy adlı dörd oğlunun, Paşa Bəyim adlı bir qızının adı çəkilir.[1]
Orxan Zakiroğlu (Baharlı) Məhəmmədəli Tərbiyətə istinadən yazır ki, Əlişəkər bəyin iki qızı ilə Qaraqoyunlu hökmdarı Cahanşahın Mirzə Məhəmmədi və Mirzə Yusif adlı oğlanları ailə qurmuşlar.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına əsasən Paşa Bəyim əvvəlcə Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Mirzə Məhəmmədi ilə ailə qurmuş, bu nigahdan İbrahim bəy adlı oğlu dünyaya gəlmişdi. Paşa Bəyim ikinci dəfə Teymuri Sultan Mahmud Mirzə ilə evlənmiş, 3 qızı, bir oğlu olmuşdur. Sultan Mahmud Mirzənin oğlu Səmərqənd, Buxara, Hisar hakimi Baysunqur Mirzə (1477- ) Əlişəkər bəy Baharlının qız nəvəsi, Paşa bəyimin oğludur. Paşa Bəyimin qızı Salihə Sultan Bəyim Böyük Moğollar Dövlətinin qurucusu Babura ərə getmişdir. Onların Gülrux adlı qızı Nürəddin Məhəmməd Çakaniyani ilə ailə qurmuşdur.[1]
Paşa Bəyim və onun övladları haqqında bu maraqlı məlumatlar orta əsrlərə aid mənbələrə istinadən yazılmışdır.
Orxan Zakiroğlu (Baharlı) şərqşünas alim Henri Beveridgenin tədqiqatına istinadən qeyd edir ki, Qaraqoyunlu dövlətinin süqutundan sonra Əlişəkər bəy Baharlının başçılığı altında Pirəli bəy, Bayram bəy, Yarəli bəy, Paşa bəyim, nəvəsi İbrahim bəy, dörd-beş minlik qaraqoyunlu ailəsi ilə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getməyə məcbur olmuşlar. Sultan Əbu Səidin Ağqoyunlu Uzun Həsənlə döyüşdə məğlubiyyətindən sonra da Əlişəkər bəyin övladları Teymurilərin yanında qaldılar. Sultan Əbu Səidin oğlanları Sultan Mahmud Mirzə, daha sonra Əbu Bəkr Mirzə, Teymuri Hüseyn Baykara ilə müttəfiq oldular. Xorasanda Teymurilər arasında gedən daxili çəkişmələrdən istifadə edən Pirəli bəy və onun qardaşları Baharlı tayfasının möhkəmlənməsinə çalışırdılar. Ağqoyunlu Uzun Həsən Baharlıların qüvvətlənməsindən ehtiyat etdiyi üçün Xorasan hakimi Hüseyn Baykaradan Pirəli bəy və onun qardaşlarının ona verilməsini istəsə də rədd cavabı almışdır.
Orxan Zakiroğlu (Baharlı) bildirir ki, H.Beveridge Uzün Həsənin vəfatından sonra Qaraqoyunlu dövlətini bərpa etmək istəyən baharlıların Teymuri Əbubəkr Mirzə ilə birlikdə 1479 ildə Sistan və Bəm yolu ilə Ağqoyunluların hakimiyyəti altında olan Kirmanı tutduqlarını yazmışdır. Bu yürüşdə Pirəli bəy, qardaşı Bayram bəy, bacısı Paşa Bəyimin oğlu İbrahim bəydə iştirak etmişdir. Müttəfiqlər Farsı tutmaq istəsələrdə Ağqoyunlu Sultan Yaqub tərəfindən məğlub edildilər. Bu uğursuz döyüşdən sonra müttəfiqlər Cürcana hücum etmiş, nəticədə Pirəli bəy, qardaşı Bayram bəy, İbrahim bəy, Əbubəkr Mirzə ilə birlikdə Hüseyn Baykaraya əsir düşmüşlər. Hüseyn Baykara Pirəli bəyin gözlərini çıxartmış, Bayram bəyi qətlə yetirmişdir.[1]
Bir sıra tarixi mənbələrə əsasən Münəvvər Tezcan Əlişəkər bəyin oğlu Pirəli bəyin Qaraqoyunlu hökmdarı Qara İsgəndərin qızı ilə evlənməsi haqqında məlumat vermişdir. Canəli bəy Əlişəkər bəy Baharlı, Qara İsgəndərin nəvəsi, Pirəli bəyin oğludur. Canəli bəyin oğlu Seyfəli bəy Qəznə valisi idi.[1]
Orxan Zakiroğlu (Baharlı) yazır ki, görkəmli dövlət xadimi, şair Bayram xan Baharlı Əlişəkər bəy Baharlının kötücəsi, Canəli bəyin nəvəsi, Seyfəli bəyin oğludur.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına əsasən XVIII əsrdə Əlişəkər bəy Baharlının nəslinin ən görkəmli nümayəndələri Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlıdır.[1]
Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, çar ordusunun zabiti, bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmiş Mirzə İsmayıl bəy Ibrahim bəy oğlu Vəliyev (Baharlı), Qarabağın varlı taciri Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev, "Məxfi" təxəllüsü ilə Azərbaycan və fars dillərində klassik üslubda şeirlər yazmış, "Əhvalati-Qarabağ" əsərinin müəllifi Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə, onun kiçik qardaşı şair Abdulla bəy Vəlizadə, İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış Mirzə Məhəmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev və onun oğlanları Nəcəfqulu bəy Vəliyev (Şeyda), Əbülfət bəy Vəli, sovet dövründə siyasi fəaliyyətinə görə qətlə yetirilmiş görkəmli ensiklopedik alim Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəlili (Baharlı), sovet hökumətinə qarşı döyüşdüyü üçün uzun illər sürgün həyatı yaşamış Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev, Ağdamın I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş, 1937-ci il repressiya qurbanı Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov, 30-cu illərdə böhtana salınaraq bir müddət həbsxana həyatı yaşamış Səttar bəy Məhəmməd bəy oğlu Vəliyev, əməkdar müəllim Vəli Abdulla bəy oğlu Vəlizadə Azərbaycanda orta əsrlərə aid Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov (Baharlı), coğrafiya elmləri doktoru, professor Xosrov Ələsgər bəy oğlu Vəliyev və başqaları Əlişəkər bəy Baharlının və onun soyundan olan Mirzə Vəli bəy Baharlının nəslinin Azərbaycanda yaşayan görkəmli övladlarındandırlar. Əlişəkər bəy Baharlı və onun soyundan olan Mirzə Vəli bəy Baharlı nəslinə mənsub coğrafiya elmləri doktoru, professor Zahid Səttar bəy oğlu Məmmədov, tanınmış yazıçı-jurnalist Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) hazırda Azərbaycanın sayılan ziyalılarındandırlar.
Əlişəkər bəy Baharlının sülaləsi tarixin müxtəlif dövrlərində Azərbaycanın, eləcə də Şərqin ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış nəsldir.[1]