Əbdürrəhim xan Baharlı (Devanagari: अब्दुल रहीम खान-ए-खाना; 1556–1627) — Böyük Moğol dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Şair və tərcüməçi.
Əbdürrəhim xan Baharlı | |
---|---|
Mirzə Əbdürrəhim xan Baharlı | |
Digər adı | Xani-xanan |
Doğum tarixi | |
Doğum yeri | Lahor |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Atası | Bayram xan Baharlı |
Fəaliyyəti | şair, yazıçı, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdürrəhim xan Bayram xan oğlu Baharlı 1557-ci ildə Lahor şəhərində anadan olmuşdu.
Qaraqoyunlu oymaqlarından Baharlı türkmənlərinə mənsubdur. Sultan Əkbərin ilk vəkili Bayram xan Baharlının oğludur. Anası Camal xan Meratinin qızıdır. Dörd yaşında atası vəfat etmişdi.
Atası öldürülərkən 4 yaşının içində idi. Əkbər şah onu anası ilə bərabər saraya gətirdi. Balaca Əbdürrəhimi sarayda şahanə tərbiyə etdirdi. Ən yaxşı müdərrisləri ona müəllim təyin etdi. Müəllimlər ona Hindistanda işlək olan türk, fars, ərəb, hindi, urdu dillərini, eləcə də elmi, tibbi və fəlsəfəni öyrətdilər.
Əbdürrəhim xan 10 yaşında olarkən artıq bir neçə dildə sərbəst şeir yazırdı.
1576-cı ildə imperator Sultan Əkbər Əbdürrəhim xanı Hindistanın ən varlı əyalətlərindən sayılan Qucarata vali təyin etdi. Gənc baharlı əmiri get-gedə dolğunlaşdı və müsbət keyfiyyətlər qazandı.
1579-cu ildə doğuşdan istedadlı olan Əbdürrəhim xan şəxsi keyfiyyətləri sayəsində daha da ucaldı. Şaha sədaqətli və vəfadar olduğuna görə "mirac" ünvanı aldı. Bu titul sarayda ən etibarlı adamlara verilirdi. Şah onu oğlu Səlim mirzəyə lələ təyin etdi. 1583-cü ildə Qucaratda böyük miqyaslı qiyam qalxdı. Əkbər şah bu qiyamdan qorxuya düşdü. Əbdürrəhim xanı qiyamı yatırmağa göndərdi. Əbdürrəhim xan ağlı, zəkası, döyüş taktikası sayəsində qiyamçılar üzərində parlaq qələbə qazandı. Qələbədən ruhlanan Əkbər şah Əbdürrəhim xana Bayram xanın "xani-xanan" (xanlarxanı) ünvanını əta etdi.
Əbdürrəhim xan şiə olsa da, nəqşibəndi şeyx və dərvişlərinə hörmətlə yanaşırdı. Nəqşibəndi şeyxi mürüdləri ilə Məkkəyə yollanarkən Əbdürrəhim xan onlara 100 min rupi xərclik göndərmişdi.
1582-ci ildə Əkbər şahın oğlu Səlimə atalıq (lələ) oldu. Eyni tarixlərdə Müzəffər şah Qucaratiyə qarşı qazandığı zəfərlər sayəsində xan-ı xananlığa (Xanlarxanlığına) yüksəldildi.
1589-cu ildə Əbdürrəhim xanı özünə vəkil (şəxsi işlər vəziri) vəzifəsinə ucaltdı. Bu ildə Əbdürrəhim xan "Baburnamə" əsərini fars dilinə çevirdi. Əbdürrəhim xan diplomat kimi də tanınırdı. Qonşu dövlətlərlə ən qatı məsələri çözməyə o gedirdi.
1593-cü ildə vəliəhd Danyal mirzənin yardımçısı olaraq Dekkan səfərinə qatılan Əbdürrəhim xan, daha sonraki iki il içində baş sərkərdə olaraq etdiyi savaşlarla Dekkanı fəth etdi. Əbdürrəhim xanın dövlət içindəki təsirli rolu Səlim Cihangir dövrində də davam etdi. 1612-ci ildə Dekkana vali təyin edildi. 1622-ci ildə Qəndəharı fəth etdi. 1626-cı ildə ölkə içində üsyançı gruplara qarşı savaşa hazırlanərkən xəstələndı və Dehliyə döndükdən qısa bir müddət sonra vəfat etdi (1627). Əbdürrəhim xan 1628-ci ildə vəfat edib.
Vəfatı edərkən 71 yaşında olan Xanı xənan Əbdürrəhim xanın qəbri Nizaməddin Övliyanın türbəsinin yaxınındadır. Müqtədir bir dövlət adamı və sərkərdə olan Əbdürrəhim xan, eyni zamanda alim və şair olub, türk dilindən başqa, ərəbi, farisı və hindini çox gözəl bilirdi. Dörd dildə də şeirlər yazan Əbdürrəhim xan, Rəhimi təxəllüsünü işlədirdi. Bir çox şeirlərini "Məasir-i Rəhimi" adını verdiyi divanda toplamışdır.
Əbdürrəhim xanın atası Bayram xan şiə idi. Onu isə əhl-i sünnət etiqadında böyütmüşdülər, dövrünün böyük alimi və ikinci min ilin yeniləyicisi İmam-ı Rəbbani həzrətlərinə bağlıydı. Əbdülhaq Dəhləvi ilə də görüşürdü. İmamı Rəbbaniyə yazdığı məktublar sonralar nəşr edilmişdir.
Mirzə Əziz Kokahın bacısı Şahbanu ilə ailə qurmuşdu.
Əbdürrəhim xanın Canan bəyim adlı qızı vardı.
Qarabağ xanlığının ictimai həyatında yaxından iştirak etmiş Bayramxan bəy Baharlı, Qarabağ xanının vəziri, şair Mirzə Vəli bəy Baharlı, Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, çar ordusunun zabiti, bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmiş Mirzə İsmayıl bəy Ibrahim bəy oğlu Vəliyev (Baharlı), Qarabağın varlı taciri Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev, "Məxfi" təxəllüsü ilə Azərbaycan və fars dillərində klassik üslubda şeirlər yazmış, "Əhvalati-Qarabağ" əsərinin müəllifi Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə, onun kiçik qardaşı şair Abdulla bəy Vəlizadə, İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış Mirzə Məhəmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev və onun oğlanları Nəcəfqulu bəy Vəliyev (Şeyda), Əbülfət bəy Vəli, sovet dövründə siyasi fəaliyyətinə görə qətlə yetirilmiş görkəmli ensiklopedik alim Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəlili (Baharlı), sovet hökumətinə qarşı döyüşdüyü üçün uzun illər sürgün həyatı yaşamış Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev, Ağdamın I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş, 1937-ci il repressiya qurbanı Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov, 30-cu illərdə böhtana salınaraq bir müddət həbsxana həyatı yaşamış Səttar bəy Məhəmməd bəy oğlu Vəliyev, əməkdar müəllim Vəli Abdulla bəy oğlu Vəlizadə Azərbaycanda orta əsrlərə aid Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov (Baharlı), coğrafiya elmləri doktoru, professor Xosrov Ələsgər bəy oğlu Vəliyev və başqaları Əbdürrəhim xan Baharlının görkəmli övladlarındandırlar. Əbdürrəhim xan Baharlı nəslinə mənsub coğrafiya elmləri doktoru, professor Zahid Səttar bəy oğlu Məmmədov, tanınmış yazıçı-jurnalist Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) hazırda Azərbaycanın sayılan ziyalılarındandırlar.