Mirzəzadə Əhməd Neyli Əfəndi

Mirzəzadə Əhməd Neyli Əfəndi (1673, İstanbul, Osmanlı imperiyası19 aprel 1748, İstanbul, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimişairi.[1]

Mirzəzadə Neyli Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1673
Doğum yeri
Vəfat tarixi 19 aprel 1748(1748-04-19)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti Qazəsgər, şair
Atası Mirzə Mehmed Əfəndi

1673-cü ildə İstanbulda dünyaya gəldi. Atası İstanbul qazılarından Mirzə Mehmed Əfəndidir və bu səbəblə Mirzəzadə olaraq anılır. Mədrəsə təhsili davam edərkən digər yandan şeirlə məşğul oldu. II Mustafaya və dövrün güclü siması şeyxülislam Seyid Feyzullah Əfəndiyə təqdim etdiyi qəsidələrlə sarayla yaxın əlaqələr qurdu. Bu səbəblə hələ 25 yaşında ikən 1697-ci ildə İstanbulda Cəfər ağa mədrəsəsinə müdərris olundu. Qısa zamanda sürətlə yüksələrək 1717-ci ildə Süleymaniyyə mədrəsəsinə təyin olundu. Ertəsi il şeyxülislam Yenişəhərli Abdullah Əfəndinin səyləriylə, İzmir qazılığına yüksəldi.

Lalə dövrünün məşhur sədrəzəmi Nevşəhərli İbrahim Paşanın himayəsinə girdi və saray məclislərinə qatıldı.[2] 1719-cu ildə vəzifədən alındı. 1726-cı ildə Misir qazısı təyin edilsə də, ertəsi il vəzifədən alındı. Patrona Xəlil üsyanı əsnasında Lalə dövrünün məhur simaları sürgün və ya qətl edilsə də, qardaşı Şeyx Mehmed Əfəndinin üsyan günlərində şeyxülislam olması səbəbilə, Əhməd Neyli bu iğtişaşlardan uzaq tutuldu və İstanbulda qaldı. 1731-ci ildə Məkkə qazısı, 1736-cı ildə Anadolu, 1741-ci ildə isə Rumeli qazəsgəri təyin olundu. Ömrünün son illərində ikinci dəfə Rumeli qazəsgəri təyin edilsə də, 1748-ci ildə xəstəliyi səbəbilə vəzifədən çəkildi və həmin il vəfat etdi. Qaracaəhməd məzarlığındakı ailə üzvlərinin yanına dəfn olundu.

  • el-Fazlü’l-vehbî fî tercemeti’l-Cânibi’l-garbî
  • el-Evfâ fî tercemeti’l-Vefâ (fî fezâili’l-Mustafâ)
  • Mâ lâ büdde minhü li’l-edîb mine’l-meşhûri ve’l-garîb (Şerh-i Lugat-i Târîh-i Vassâf)
  • Ərəb və farsca Divan[3]
  • Aynî Tarihi Tercümesi
  • Belîğ, Nuhbetü’l-âsâr, s. 637-643.
  • Sâlim, Tezkire, İstanbul 1315, s. 689.
  • Fatîn, Tezkire, s. 429.
  • Muallim Nâci, Mecmûa-i Muallim, İstanbul 1305, s. 135-136, 144.
  • Sicill-i Osmânî, I, 250-251.
  • Osmanlı Müellifleri, II, 457-458.
  • a.mlf., “Neylî”, TY, IV (1329), s. 714-716.
  • İlmiyye Salnâmesi, tür.yer.
  • Halûk İpekten – Mustafa İsen, “Neylî”, Büyük Türk Klâsikleri, İstanbul 1987, VI, 350-353.
  • Ali Cânib [Yöntem], “Mirzâzâde Neylî”, HM, sy. 68 (1928), s. 302-304.
  • Abdülkadir Karahan, “Neylî”, TA, XXV, 242-243.
  • “Neylî, Ahmed Efendi (Mirzazâde)”, TDEA, VII, 52-53
  1. Mîrzâ-zâde Ahmed Neylî (Hayatı, Eserleri, Edebî Kişiliği) ve Divanı (haz. Atabey Kılıç), İstanbul 2004.
  2. Sadık Erdem, “Neylî’nin Hayatı, Şahsiyeti ve Eserleri”, TDA, sy. 97 (1995), s. 153-193.
  3. Neylî ve Dîvân’ı (haz. Sadık Erdem), Ankara 2005