Mirzəzadə Şeyx Mehmed Əfəndi

Mirzəzadə Şeyx Mehmed Əfəndi (v. may 1735, Üsküdar) — Osmanlı dövlət xadimi, müdərris, qazışeyxülislam. Qaynatası Seyid Feyzullah Əfəndi II SüleymanII Mustafa səltənətlərində, oğlu Mehmed Səid Əfəndi III Mustafa səltənətində, nəvəsi Mehmed Şərif Əfəndi isə I ƏbdülhəmidIII Səlim səltənətlərində şeyxülislamlığa gətirilmişdir. Şair və qazəsgər olan Əhməd Neyli Əfəndi isə kiçik qardaşıdır.[1]

Mirzəzadə Şeyx Mehmed Əfəndi
30 sentyabr 1730 – 17 may 1731
ƏvvəlkiYenişəhərli Abdullah Əfəndi
SonrakıBaşmaqçızadə Abdullah Əfəndi
Şəxsi məlumatlar
Vəfat tarixi may 1735
Vəfat yeri
Dəfn yeri
Atası Mirzə Mehmed Əfəndi
Uşaqları Mehmed Səid Əfəndi
Xədicə xanım

Doğum tarixi bilinmir. Atası Mirzə Mehmed Əfəndi üləma zümrəsinə mənsub idi. Bu səbəblə sürətli bir təhsil həyatı yaşayaraq müdərrisliyə yüksəldi. Qaynatası olan şeyxülislam Seyid Feyzullah Əfəndinin də dəstəyi və iltimasıyla sıra gözləmədən üst dərəcələrə yüksəldi. 1695-ci ilədək müdərris olaraq fəaliyyət göstərən Şeyx Mehmed Əfəndi həmin il Ədirnəİzmir qazılığına gətirildi. Ardından İstanbulMəkkə qazılığına da təyin olundu. 1707 və 1710-cu ildə İstanbul qazısı, 3 mart 1713-cü ildə isə Anadolu qazəsgəri təyin edilsə də 1714-cü ildə vəzifədən alındı.

1716-cı ildə Avstriyaya müharibə elan edilməsiylə bağlı çağırılan məşvərət məclisinə vəzifədən alınmasına baxmayaraq qatılmışdı. Bu məclisdə səfər üçün fətva verən şeyxülislam Mentəşzadə Əbdürrəhim Əfəndiyə etiraz etmiş və səfər tərəfdarı olan sədrəzəm Şəhid Əli Paşanı bu fikirdən daşındırmaq üçün çabalamışdır. Ancaq bu tutumu sədrəzəmi qəzəbləndirdi və bu səbəblə İstanbuldan uzaqlaşdırıldı. Çox keçmədən geri çağırıldı və 22 may 1717, 16 sentyabr 1720 tarixlərində 2 dəfə Rumeli qazəsgərliyinə gətirildi.[2]

Bunun ardından 10 ilə yaxın müddət boyunca dövlət vəzifələrindən uzaq tutuldu. Ancaq Patrona Xəlil üsyanı əsnasında yada düşən Şeyx Mehmed Əfəndi Sultan Əhməd tərəfindən vəzifədən alınan şeyxülislam Abdullah Əfəndinin yerinə təyin olundu. İlk öncə bunu qəbul etməsə də, Rumeli qazəsgəri Seyid Abdullah Əfəndinin və digər üləmaların da təkidiylə bu vəzifəni qəbul etdi (30 sentyabr 1730). Bu vəzifədə ikən Nevşəhərli İbrahim Paşanın qətli, ardından Sultan Əhmədin devrilərək Sultan Mahmudun taxta çıxarılmasına şahid oldu. Bütün bu hadisələr əsnasında üsyançı birliklərin onu hədəf seçməməsi böyük ehtimalla onun üsyançılarla əlaqədə olduğunu ağla gətirir. Başda Patrona Xəlil olmaqla, digər üsyançı birliklərin aradan qaldırılmasında güclü və soyuqqanlı duruşuyla mühüm rol oynadı. Buna baxmayaraq gözləri zəif görürdü və səhhəti pisləşmişdi. Bu səbəblə öz istəyilə 17 may 1731-ci ildə istehfa verərək Üsküdarda yaşamağa başladı. 4 il sonra isə 1735-ci ilin mayında burada vəfat etdi. Cənazəsi Qaracaəhməd məzarlığında atasının yanına dəfn edildi.[3]

  • Murâdî, Silkü’d-dürer, III, 90;
  • Devhatü’l-meşâyih, s. 89;
  • Sicill-i Osmânî, III, 375;
  • İlmiyye Salnâmesi, s. 511–512;
  • Danişmend, Kronoloji2, V, 138;
  1. Ahmed Rifat, Osmanlı Toplumunda Sâdât-ı Kirâm ve Nakibüleşrâflar: Devhatü’n-nukabâ (haz. Hasan Yüksel – M. Fatih Köksal), Sivas 1998, s. 93;
  2. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 120.
  3. Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 468–469;